Yuxarı

Ordu cinayətkarların özünü təsdiq yerinə çevrilib – Ayrikyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimiyyətdəkilərin nə ağlı, nə ideyası var.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni siyasətçi Paruyr Ayrikyan söyləyib.

“Sərkisyan kimdir ki, millətdən və ordudan danışır? Serj Sərkisyanın oyuncağı olan Vigen Sərkisyanın millətə nə aidiyyəti var? Millətin gərək vahid göstəriciləri olsun. Biz dünyada yeganə millətik ki, vahid orfoqrafiyamız yoxdur. Bunlar kimdirlər ki, xalqdan danışırlar? Millət haqqında düşünən imkan verər ki, o bu vəziyyətdə qalsın? Sizə müstəqillik sözünü öyrədən lideriniz Konstitusiya Məhkəməsinə materiallar verir, siz isə küçük kimi qaçışırsınız və hələ də millət haqqında danışırsınız? Hakimiyyətdəkilərin nə ağlı, nə ideyası var. Əgər onlar oxusaydılar, millət-ordu variantı üçün İsveçrə və İsrail modellərinin necə işlədiyini görərdilər. Niyə axı ordu müxtəlif cinayətkarların özünütəsdiq məkanına çevrilməlidir? Bu yeni bir şey deyil. Hər dəfə bir alçaq öz alçaqlığını edəndə “bunu sizin üçün edirəm” deyir. Alçaqların isə son sığınacaq yeri vətənpərvərlikdir”.

Qeyd edək ki, son günlər Ermənistan Prezidenti Serj Sərkisyanın himayəsi ilə ölkədə “millət-ordu” konsepsiyası təbliğ edilir. İrəvan bu konsepsiyanın tam mahiyyətini aydınlaşdırmır. Lakin iddialara görə, bu konsepsiya vasitəsilə İrəvan Ermənistan ordusunda yaşanan böhranın qarşısını almağı planlaşdırır.

Tarix
2017.04.25 / 15:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla