Yuxarı

Bizans kahinindən tükürpərdən Türkiyə öngörüsü – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizanslı kahin və tarixçi Laonikos Kalkokondilesin Osmanlı imperiyasının süqutu və Türkiyə haqqında proqnozları hələ də aktualdır.

Axar.az Teleqraf.com-a istinadən Laonikos Kalkokondilesin Yutubda yayımlanan proqnozlarının doğru çıxan və təsdiqini tapmayan bir neçə öngörüsünü təqdim edir:

1. Katolik kilsəsi ilə İstanbuldakı ortodoks (pravoslav) kilsəsi birləşəcək (Bu hadisə 2006-cı ilin noyabrında həyata keçməli idi).

2. Osmanlı imperiyasının süqutu daxildən başlayacaq. Fateh Sultan Məhmədin hakimiyyətindən sonra 16-cı padşah zamanı ilk çaxnaşmalar başlayacaq (Sözügedən həmin padşah III Məhməddir. Onun padşahlıq illərində Patron Xəlil üsyanı baş verib və Osmanlının çöküşü başlayıb).

3. Türk imperatorluğunun süqutu 1920-ci ilə təsadüf edəcək. Bu hadisədən sonra xristian torpağında doğulan bir müsəlman lider Qərb tərəfindən diqqətə alınmayacaq. Lakin bu şəxs türk dövlətini yenidən quracaq. (Xristian torpağında doğulan şəxs Mustafa Kamal Atatürkdür).

4. İstanbulu ələ keçirən padşahın adı ilə onu təslim edəcək padşahın adı eyni olacaq (İstanbulu Fateh Sultan Məhməd fəth edib. VI Məhməd, yəni Sultan Vəhdətdinin dövründə isə "Sevr" müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əməl edilsəydi, Qərb İstanbulu fəth edəcəkdi. Hər iki padşahın adı Məhməddir. Bu proqnoz da doğru çıxıb.)

5. Yeni türk dövlətini 11 hərfdən ibarət 11-ci lider idarə edən zaman dövlət çox böyük çətinlik yaşayacaq. Birləşmiş xristian padşahlıqları türk dövlətinin sonunu gətirəcək (Yeni türk dövlətinin 11-ci lideri isə Abdullah Güldür və prezidentin adı 11 hərfdən ibarətdir. Proqnoza görə, onun dövründə türk dövləti dağılma təhlükəsi yaşayacaqdı. Kahin "Birləşmiş xristian padşahlıqları" dedikdə Avropa Birliyini nəzərdə tutur. Amma öngörüdə deyildiyi kimi, türk dövləti dağılmadı və proqnoz doğru çıxmadı).

6. İstanbulun məscidləri və Ayasofyanın üstünə xaçlar qoyulacaq və şəhər məhv olacaq. Təhlükə yalnız orda yaşayan insanların dinlərini dəyişəcəyi təqdirdə dayandırılacaq və şəhər lənətdən qurtulacaq.

7. Bütün Şərq ölkələri xristianlar tərəfindən fəth olunacaq…

Xatırladaq ki, bizanslı kahin və tarixçi Laonikos Kalkokondiles 1425-ci ildə anadan olub, 1490-cı ildə vəfat edib. Tarixçi ömrünün bir hissəsini Türkiyədə keçirib.

Tarix
2017.04.26 / 10:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla