Yuxarı

Rusiyada daha bir Azərbaycan vətəndaşı öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Report xəbər verir ki, hadisə aprelin 28-də şəhərin Lenin prospektində baş verib.

Qətlə yetirilən şəxsin ad-soyadı açıqlanmayıb. Onun 42 yaşı olduğu və Sankt-Peterburqa dörd ay əvvəl gəldiyi bildirilib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri deyiblər ki, Azərbaycan vətəndaşına odlu silahdan bir neçə dəfə atəş açılıb və çoxsaylı güllə yaraları nəticəsində həlak olub.

Məlumata görə, hadisə baş verən ərazidə müşahidə videokameraları olmayıb.

Buna baxmayaraq, ilkin araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxslər son model bahalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işinə başlanılıb.

Tarix
2017.04.29 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla