Yuxarı

Melaniya niyə Trampı iki dəfə pərt etdi? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünən odur ki, Melaniya Tramp üçün ABŞ-nin birinci xanımı olmaq asan deyil. O, hələ də Ağ Evə yerləşməyib və prezident Trampın yanında çox az görünür. Zeit.de saytının köşə yazarı Rike Xavereç bildirir ki, bunun əvəzinə Melaniya dövlətdə birinci xanım kimi önəmli rol oynaya bilərdi.

Donald-Melaniya cütlüyü arasında insidentmi var?

Bundan əlavə, Trampın Yaxın Şərqə və Avropaya gerçəkləşdirdiyi ilk xarici səfərində Melaniya və Donald Trump cütlüyündə hər şeyin yolunda olmadığı göründü.

Tramp xarici səfərə xanımı və qızı ilə bərabər getmişdi. Səfərin siyasi aspektindən əlavə, ABŞ-ın birinci xanımının müəyyən hərəkətləri dünya ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Belə ki, Tel-Əvivdə təyyarədən enərkən Tramp onun əlini tutmaq istəsə də Melaniya bunu rədd edib. Ardından Romaya enərkən Tramp yenidən əlini uzadarkən Melaniya saçlarını düzəltmək bəhanəsi ilə Trampın əlini tutmayıb. Dünya ictimaiyyətinin nəzərindən qaçmayan bu hərəkətlər isə cütlük arasında insidentin baş verdiyinə əsas gətirib.

Melaniya geyimi ilə də dünyanın müzakirə mövzusuna çevrildi

Səudiyyə Ərəbistanına səfər zamanı Melaniya son dərəcə mühafizəkar geyim tərzində olsa da baş örtüsü taxmadı. Melaniya bunu edən ilk birinci ledi deyildi. 2015-ci ildə Səudiyyəyə səfər edən Mişel Obama da baş örtüsü taxmamışdı və bunu yeganə tənqid edən Donald Tramp özü olmuşdu. “Çoxları Mişelin bu hərəkətini alqışlayır, lakin bilin ki, bu, onları məyus edib. Onsuz da Amerikanın yetərincə düşməni var”, – Tramp tvitter hesabından yazmışdı. Ekspertlər isə bildirir ki, yəqin Tramp həyat yoldaşının geyimi barədə çox da maraqlanmayıb.

“Çox güman ki, bu birinci xanımın nadirən Ağ Evdə olmasından irəli gəlir” – “Amerikanın birinci xanımının rolları” adlı kitabın müəllifi Keyt Andersen Brauer münasibət bildirib. “Ağ Evin şərq hissəsində birinci xanımlara məxsus ənənəvi köşk boş qalıb. Melaniya Amerika tarixində ilk birinci xanımdır ki, inaqurasiyanın ardından prezident iqamətgahına yerləşməyib” – Brauer əlavə edib. Ağ Ev-in rəsmi internet saytında birinci ledinin görüşləri və proqramı haqqında məlumat yerləşdirilməyib. Lakin Melaniyadan əvvəlki birinci ledilərin bütün proqramı öncədən müəyyənləşdirilir.

Dünən Vatikana səfər zamanı Melaniya Tramp baş örtüsü taxdı və bu, bütün müsəlman dünyasında birmənalı qarşılanmadı, Trampın sözü ilə deyilsə, müsəlmanları məyus etdi.

ABŞ-ın de-fakto birinci ledisi İvanka Trampdır

Melaniyanın əvəzinə Trampın qızı İvanka birinci ledi rolunu oynamaqdadır. “İvanka prezidentin ən yaxın məsləhətçisidir və görünür, Ağ Evdə Melaniya heç kimin yadına da düşmür”, – müəllif yazır.

Melaniya sentyabr ayında Ağ Evə yerləşəcək, çünki oğlu Berron Merilenddə məktəbə gedəcək və bu da ona imkan verəcək ki, həm Ağ Evə yerləşsin, həm də analıq vəzifələrini yerinə yetirsin. Çünki Ağ Evə yerləşməməsinə səbəb olaraq o, oğluna qayğı göstərməli olduğunu iştirak etdiyi bütün ictimai tədbirlərdə dilə gətirib.

ABŞ-da birinci xanımlar kifayət qədər böyük nüfuza malikdir

Amerikanın ən sevimli birinci xanımlarından biri hesab edilən Eleanora Ruzveltdir. O, yalnız qadın jurnalistlər üçün mətbuat konfransı keçirib, 1939-cu ildə də başqa konsert zallarında ifa etməsinə qadağan qoyulan qaradərili müğənniyə Avraam Linkoln abidəsində konsert verməsini təşkil etmişdi.

Brauer yazır ki, Barbara Buşun 1980-ci ildə AİDS xəstəliyinə tutulan xəstəni qucaqlaması və HİV-ə yoluxmuş uşağı öpməsi hər kəsdə ona rəğbət oyatmışdı.

Mişel Obamaya gəldikdə isə müəllif onun Ağ Evə müasir nəfəs gətirdiyini yazıb. “Baxmayaraq ki, Mişelin proqramı ənənəvi olaraq birinci xanıma həvalə edilən işlərin, məsələn, sağlam qidalanma və bütün dünyada qızların təhsil alması məsələlərində Mişel gördüyü işlərlə bütün dünyada səs saldı” – Xaverç yazır. Ona görə də o, bütün tok-şoulara dəvət edilirdi. Mişel Obamanın siyasi mövzularda etdiyi çıxışlar isə xüsusilə hər kəs tərəfindən bəyənilib.

CNN-nin son yaydığı anket sorğusuna əsasən ABŞ əhalisinin 52%-i Melaniyaya pozitiv yanaşır. Bununla belə, əhalinin Melaniyaya münasibəti tam olaraq aydın deyil. Ümumiyyətlə, Melaniyanın birinci xanım rolunun öhdəsindən gəlmədiyi hər kəsin gəldiyi ortaq fikridir. Melaniya Trampın hazırda kiberbullinqə qarşı mübarizə aparmasına çoxları ironiya ilə yanaşır. Bildirilir ki, əgər o, kiberbullinqlə mübarizə aparacaqsa, birinci öz həyat yoldaşının əlindən cib telefonunu alsın ki, Tramp bütün dünyanı tvitləri ilə bezdirməsin.

“Madam ki, Melaniya birinci xanım rolunu oynamaq istəyir ilk olaraq o, mövzuları sərbəst müəyyənləşdirməyi öyrənməlidir” – Baruer deyib. “Cəsarətli qadınlar” beynəlxalq mükafatı tədbirində çıxış edən ABŞ-ın birinci xanımı demişdi ki, öncə insanlar milliyətindən, gəlir səviyyəsindən və cinsiyyətindən asılı olmayaraq bir-birinə hörmət etməyi öyrənməlidir.

Xavareç bildirir ki, əgər o, bu barədə ciddidirsə, bunu ən əvvəl həyat yoldaşı Trampa başa salmalıdır: “Yoxsa onun işi fotosessiyalarda gülümsəməkdən başqa bir şey olmayacaq”.

Musavat.com

Tarix
2017.05.25 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla