Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


Kolumbun gəmisi tapıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizçi Xristofor Kolombun təxminən 500 il əvvəl Amerika qitəsi səfərindəki bayraq gəmisi "Santa Maria"nın qalıqlarının tapıldığı bildirilir.

"Axar.az" "İndependent" qəzetinə istinadən xəbər verir ki, Haitinin şimal sahilində tapılan gəmi qırıntıları dünyanın ən əhəmiyyətli sualtı kəşflərdən biri ola bilər. "Santa Maria" gəmisinin təxminən 10 ildir ki, həmin bölgədə olduğu ehtimal edilir.

Bildirək ki, ABŞ araşdırmaçıları Haiti hökumətinin verdiyi dəstəklə arxeoloji araşdırmalar aparılacağını açıqlayıb. Hələlik Barri Klifford başda olmaqla araşdırmaçılar qrupu gəmini ölçüb və şəklini çəkiblər.

Tapıntı italyanca adı "Cristoforo Colombo" (Latınca: Christophorus Columbus) olan dənizçinin gündəliyinə köçürdüyü məlumatlarla üst-üstə düşür.

Qeyd edək ki, əhəmiyyətli dəlillərdən biri də "Santa Maria"nın üzdüyü dövrdə istifadə edilən bir topun qalıqlarının aşkar olunmasıdır. Fotoşəkli çəkilən bu topun orta əsr dəniz quldurları tərəfindən istifadə edildiyi güman olunur.

Qrupun rəhbəri Barri Klifford tapıntının çox mühüm olduğunu bildirib:

"Bu ərazinin qorunması üçün Haiti hökuməti ilə əməkdaşlıq edəcəyik. Bu dəlillər Kolumbun Amerikanı kəşf etməsi ilə bağlı hər şeyi sübut edəcək".

Təcrübəli dəniz arxeoloqu basdırılmış vəziyyətdə olan gəminin taxta hissəsinin çıxarılaraq Haitidəki bir muzeydə sərgilənməsinə çalışacağını deyib.

Məlumat üçün bildirək ki, XV əsrin əsrin ikinci yarısında İspaniyanın Bask vilayətində hazırlanan "Santa Maria" 1492-ci ildə Kolumb tərəfindən kirayəyə götürülüb. O, Asiyaya yeni yol tapmaq üçün başlanan tarixi dəniz səfərinə başçılıq edib. 37 günlük səfərdən sonra Baham adalarına yaxınlaşan kapitan Kolumb və heyəti 10 həftədən sonra Haiti yaxınlığında qayalara çırpılıb.

Tarix
2014.05.14 / 01:56
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Загрузка...
Digər xəbərlər

Səudiyyədən Suriya çağırışı...

Gürcüstanda işsizliyin səviyyəsi artdı

Qəzzada növbəti toqquşma: 40 fələstinli yaralandı

ABŞ regionda inqilab şərtləri yaratmaq istəyir - Romanenko

İspaniya qasırğaya təslim oldu

Türk ordusunu hədəf alan terrorçular məhv edildi

Erməni nazir "İnterpol"u hədələdi: İmtina edəcəyik!

Rusiyalı nazir açıqladı: OPEK-lə müqaviləyə hazırıq!

Bu ölkədə vulkan püskürdü: əhali təxliyyə edilir

Putinlə Ərdoğan görüşə eyni avtomobildə gəldi - Yeniləndi

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla