Yuxarı

Azərbaycan şəhərini kürdləşdirən deputata – Cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikantəpə şəhərinin imam cüməsi İsa Bəradəri təmsil etdiyi şəhəri kürd şəhəri kimi təqdim edən Mahabadın (Soyuqbulaq) millət vəkili Cəlal Mahmudzadəyə cavab verib.

Axar.az xəbər verir ki, son günlər Ağdərə Qızıl Mədənində baş verən hadisələrdən danışan Bəradəri seçildiyi dairəyə aid olmayan məkandan danışdığını bildirib:

“Mahabadın millət vəkili cənab Cəlal Mahmudzadə Ağdərə kəndinin məsələlərinə reaksiya verib. Lakin Tikantəpə Cəlal Mahmudzadənin millət vəkili seçildiyi məntəqədə yerləşmir. Onun bu məntəqəyə müdaxilə etməsi yaxşı hal deyil”.

İsa Bəradəri millət vəkilinin ölkə prezidentinə yazdığı qərəzli və məqsədyönlü məktubundan da söz açıb:

“Cəlal Mahmudzadə fəhlələrin probleminə baxmaq bəhanəsi ilə Tikantəpənin işlərinə elə bir şəkildə müdaxilə etməməlidir ki, bölgədə etnik və məzhəblər arasında uçurum yaransın. Məsullar və millət vəkilləri əhalini təhrik edəcək açıqlamalar verməməlidir. Onlar öz çıxışlarında yalnız məsələnin mahiyyətindən danışmalıdırlar”.

Qeyd edək ki, Tikantəpə şəhərinin Ağdərə kəndində bir qrup şəxs qızıl mədəni ətrafına toplaşıb, burda çalışmaq istədiklərini bildiriblər. Polis əməkdaşları isə yığıncağa müdaxilə edib, nəticədə qarşıdurma yaranıb.

Cəlal Mahmudzadə yaranan fürsətdən sui-istifadə edərək Prezident Həsən Ruhaniyə hadisə ilə bağlı məktub yazıb. O, məktubda Tikantəpəni sərhədyanı və kürd şəhəri, əhalisini isə kürd kimi təqdim edib. Halbuki kürdlər bu bölgəyə son illərdə köçüblər.

Tarix
2017.06.22 / 15:38
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla