Yuxarı

Türkiyə ordu göndərməsinin sirrini açdı: Oyunu pozduq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Qətərə ona görə ordu göndərdik ki, Qərb Türkiyəni nəzərə almadan hərəkət etməsin.

Axar.az xəbər verir ki, bu sözləri Meşə və Su İşləri naziri Veysəl Əroğlu Türkiyənin Qətərə əsgər göndərməsi ilə bağlı açıqlamasında deyib.

“Oralar bizim könül coğrafiyamızdır. Bizim əsgərlərin oraya getməsi lazım idi. Çünki Qətər ilə oyun oynanılırdı. Türkiyənin də daxil olduğu bir oyun planlaşdırılırdı. Bunun qarşısını almaq üçün Türkiyə Qətərə getdi. Və biz indi oradayıq. Qərb bizi nəzərə almadan hərəkət etməsin deyə, biz də ora getdik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin Qətərdə hərbi baza açması ilə bağlı müqavilə 2014-cü ildə imzalanıb və Ankara bu addımı NATO ilə məsləhətləşmələrdən sonra atıb.

Hazırda Qətərdəki Türkiyə hərbiçilərinin sayı 113 nəfərdir. Bu bazaya 2500 türk hərbiçisinin yerləşdirilməsi nəzərdə tutulur.

Tarix
2017.06.23 / 10:53
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla