Yuxarı

Səudiyyənin yeni vəliəhdi hərəkətə keçir: Türkiyə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının yeni vəliəhdi Məhəmməd bin Salman əl-Səud istər İranla münasibətlərdə, istərsə də başqa məqamlarda yeniliklərə imza atacaq.

Bu sözləri Axar.az-a Səudiyyə Ərəbistanına yeni vəliəhdin təyin edilməsi ilə bağlı danışan analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Məhəmməd bin Salman əl-Səud sələfi Salman Məhəmməd bin Naiflə müqayisədə İrana qarşı kəskin mövqeyi ilə seçilir:

“Açıq desək, Məhəmməd bin Salman əl-Səud HƏMAS və Müsəlman Qardaşlarına qarşı daha radikal mövqedədir, üstəlik, Qətər böhranında onun adı hallandırılır. Bu mənada Səudiyyənin xarici siyasətində müəyyən dəyişikliklər gözlənilir. Özəlliklə də Türkiyə ilə münasibətlər baxımından çox maraqlı gözləntilər var. Düzdür, kral Salman bin Əbdüləziz əl-Səud Ankara ilə münasibətlərə önəm verib və onun müəyyən layihələri də var idi. Belə bir ehtimal var ki, yeni vəliəhd Türkiyə ilə münasibətlərdə o xətti gözləyəcək. Bundan başqa, Məhəmməd bin Salman əl-Səudun BƏƏ-nin şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyanla da yaxın dostluq münasibətləri var. Bu baxımdan o, istər İranla, istər başqa məqamlarda yeniliklərə imza atacaq. Sələfindən fərqli olaraq, Məhəmməd bin Salman əl-Səud Trampla son dərəcə yaxın münasibətlərə malikdir. Kral Salmanın Trampla münasibətlərinin qurulmasında Trampın kürəkəninin, eyni zamanda, BƏƏ şahzadəsinin müstəsna xidmətləri olub. Hesab edirəm ki, yeni vəliəhdin ABŞ-la münasibətlərində bu faktor önəmli rol oyanacaq”.

Analitik Səudiyyəyə yeni təyin olunmuş vəliəhdin İranla bağlı kəskin mövqeyinə də münasibət bildirib:

“Səudiyyə Ərbistanı ilə İranın münasibətləri bundan sonra da gərgin olaraq qalacaq. Çünki ortada bir Yəmən uğursuzluğu var. Yəmən əməliyyatlarının keçirilməsində əsas məsul şəxs Məhəmməd bin Salman əl-Səud idi. Yəmən əməliyyatları Səudiyyənin rəhbərliyi etdiyi koalisiyanın uğursuzluğuna səbəb oldu. Faktiki olaraq, bu gün Yəmənin paytaxtı husilərin əlindədir. Bu mənada Qətər böhranı ortaya çıxdı ki, bu da Səudiyyənin xarici siyasətindəki uğursuzluqların başqa həmlərlərlə kompensasiya edilməsi kimi qiymətləndirə bilər”.

V.Zifəroğlu Səudiyyədəki vəliəhd dəyişikliyi fonunda ABŞ-İran münasibətlərinə də toxunub:

“Yaxın Şərqdə baş verən proseslərdə hər iki dövlətin maraqları kəsişir. Bu da istər-istəməz digər ölkələrin ABŞ və İranla olan münasibətlərinə sirayət edir. Bu, əsasən də ərəb ölkələrinə aiddir. Bu mənada ABŞ-İran qarşıdurması Səudiyyəyə kimin vəliəhd və ya kral seçilməsindən asılı deyil. Əksinə, Tramp administrasiyanın İrana mənfi münasibəti Səudiyyədə müəyyən dəyişikliklərə təkan verdi”.

Analitik onu da qeyd edib ki, Səudiyyədəki şahzadə dəyişikliyini Səud qəbiləsindən olan iki əsas qol - şimmerilərlə südeylilərin rəqabəti kimi də qəbul etmək mümkündür:

“Məhəmməd bin Salman əl-Səud ana xətti ilə südeyrilərin təmsilçisidir. Bu mənada yeni dəyişiklilyə əsas verən müxtəlif faktorlar var. ABŞ-İran münasibətlərinin hazırkı durumu da bu dəyişiklilyə təsir edən faktorlardan biridir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əl-Səudu yeni vəliəhd təyin edib. Yeni vəliəhd İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini bildirib.

Tarix
2017.06.24 / 09:07
Müəllif
Aygün Yusibova
Oxunub
9 690
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla