Yuxarı

Gülən "edam" edildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Samsum şəhərində Atakum Bələdiyyəsinin təşkilatçılığı ilə ötən il baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar tədbir təşkil edilib.

Axar.az xəbər verir ki, proqram zamanı bələdiyyə sədri İshaq Daşçı çıxış edərək şəhidlərin ailəsinə başsağlığı verib.

"Bu ölkə nə qədər ki, Osmanlının yadigarıdır, bir qarış torpağımızı belə düşmənə vermərik. Xalqımız Çanaqqala və Qurtuluş şavaşında olduğu kimi 15 iyulda da tarix yazdı. Bu millət hər zaman şərəfsizə, xainə güc gəlməyi bacarıb. Ona görə də, heç bir qorxumuz yoxdur. Allah bizə bir daha 15 iyul tarixini yaşatmasın", - deyə o çıxış edib.

Bundan sonra çevrilişə cəhddə ittiham edilən FETÖ lideri Fətullah Gülənin maketi “15 iyul Demokratiya meydanı”nda edam edilərək yandırılıb.

Gülənin maketini görüb əsəblərini cilovlaya bilməyən sakinlər həmçinin ayaaqabı və çantalarla maketə hücum eddiblər.

Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar tədbirlər davam edir.

Dünəndən etibarən yüz minlərlə insan izdihamlı yürüş-mitinqlərə qatılıb. Mitinq iştirakçıları FETÖ lideri Fətullah Gülənin maketini "edam" edərək terror təşkilatına etirazlarını bildiriblər.

Tarix
2017.07.16 / 18:12
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla