Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


San-Marino 5G-yə keçən ilk ölkə olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

San-Marino respublikası dünyada 5G texnologiyasına keçən ilk ölkə olacaq.

Axar.az xəbər verir ki, ölkə yeni nəsil texnologiyalara 2018-ci ilin sonlarında keçəcək.

San-Marino hər tərəfdən İtaliya əraziləri ilə əhatə olunub. Yerli operator “Telecom İtalia Mobile” cırtdan ölkənin ərazisindən yeni nəsil texnologiyanın təcrübə məqsədli tətbiqi üçün istifadə edəcək.

2017-ci il ərzində operator şirkəti San-Marinonun 5G texnologiyasına keçidi üçün əsas infrastrukturu formalaşdıracaq. “Telecom İtalia Mobile” həmçinin Milan və Turin kimi iri şəhərlərdə də təcrübə proqramını həyata keçirməyi planlaşdırır.

TİM-in texniki direktoru Covanni Feriqonun sözlərinə görə, Avropa 2G texnologiyasının inkişafında əsas rol oynamışdı, sonradan Asiyaya 3G və ABŞ-a 4G texnologiyalarının inkişafı prosesində uduzdu. 5G texnologiyasının inkişafı ilə şirkət Avropaya standartların yaradılması sahəsində liderliyi qaytarmaq istəyir.

Avropa komissiyasının açıqlamasına görə, 2025-ci ilə qədər yeni nəsil 5G texnologiyasına keçid üçün 113 milyard avro vəsait tələb olunur. Avropa ərazisində zəruri infrastrukturun formalaşdırılması üçün 56 milyard avro və 2.5 milyon yeni iş yerinə ehtiyyac var.

Tarix
2017.07.17 / 18:26
Müəllif
Orxan Tağıyev
Şərhlər
loading...
Digər xəbərlər

Ərdoğan NATO-nun üzrünü o halda qəbul edər ki... - Şərt

Türkiyənin xəyalı gerçəkləşdi - Foto

Başa düşə bilmirəm ki, Tramp... - Klinton

Prezident Muqabe xalqa müraciət etdi

Humanitar yardım almaq üçün sıxlıq yaşandı: 15 ölü, 40 yaralı

İsrail polisi Netanyahunun iqamətgahına girdi - Əməliyyat

Norveç kralı xəstəxanaya yerləşdirildi

Suriya ordusu: Sonuncu İŞİD-çilər məhv edildi

SSRİ dağıldı, islam əsas təhlükə oldu – Partiya sədri

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: yaralananlar var - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla