Yuxarı

İki türk şəhəri qardaşlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəncan şəhəri ilə Türkiyənin İzmir şəhəri qardaşlaşa bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ISNA agentliyi yayıb.

Məlumata görə, İrana səfər edən İzmir valisinin müavini Məhəmməd Ənsarioğlu Zəncan Ticarət Palatasının üzvləri ilə görüşüb.

Müzakirələr zamanı İran və Türkiyə Müştərək Şurasının rəis müavini Əli Yeganə Zəncan və İzmir şəhərlərinin qardaşlaşmasını təklif edib. Türkiyə nümayəndə heyətinin rəisi M.Ənsarioğlu isə irəli sürülən təklifə müsbət reaksiya verib:

“Bu məsələ ilə bağlı İzmir valisi ilə söhbət edəcəm. Ümid edirəm ki, bu barədə nəticə əldə olunacaq və müvafiq sənəd imzalanacaq”.

İzmir valisinin müavini həmçinin söz verib ki, Zəncan və İzmir iş adamlarının pul köçürmələri ilə bağlı yaşadıqları problemə də son qoyulacaq.

Tarix
2017.07.26 / 14:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla