Yuxarı

Çin Rusiyanı işğal edir – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələcəkdə onlar ya muxtar respublika, ya da başqa bir formada öz müstəqilliklərini tələb edəcəklər".

Bunu Axar.az-a Rusiya ilə Çin arasında bağlanan qaz müqaviləsinin qaranlıq məqamlarını və şərtlərini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli dedi:

"Müqavilədə olan əlavə hər iki ölkə vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması və uzunmüddətli yaşama ilə bağlı məsələdir. Həmin şərtləri biznes əlaqələrinin daha da asanlaşması ilə əlaqələndirirlər. Amma hər kəsə açıq–aydın məlumdur ki, Çinin məqsədi uzaq Şərq, Amur çayı və Baykal bölgəsinə nəzarət etsin. Bəzi faktlara görə, artıq çinlilər həmin ərazidə müəyyən yollarla məskunlaşıblar. Hətta bəzi mənbələrdə bu rəqəm bir neçə milyonla ifadə edilir. NTV kanalı bu barədə xüsusi reportaj da vermişdi. Bu bölgələrlə bağlı real vəziyyət belədir ki, həmin ərazilər boş qalmış kəndlərdən ibarətdir və vaxtilə həmin kəndlərdə yaşayanlar indi iri şəhərlərə iş dalınca gedib. Məhz, çinlilər qeyd etdiyim boş qalan yerlərə köçüb yaşayırdılar. Məhz bu qərar köçün sürətlənməsinə şərait yaradacaq".

Ekspert hesab edir ki, bu, Çinin uzaqgörən siyasətinin nəticəsidir:

"Çin bir çox dövlətlərdən fərqli olaraq, həmişəki kimi konseptual addımlar atır. "Yumşaq gücə" üstünlük verən rəsmi Pekin artıq dünyanın bir neçə ölkəsində iri Çin diasporları yaradıblar. "Çaynataun" adlanan fenomen məhz bu siyasətin nəticəsində yaranıb. Hazırda dünyanın ən iri böyük şəhərlərində ayrıca "Çin məhəllələri" var. Əgər hər iki ölkə bu şərtə əməl etsə, yaxın 20-30 ildə çinlilər həmin ərazilərdə rusları üstələyəcək. Bu isə o deməkdir ki, gələcəkdə onlar ya muxtar respublika, ya da başqa bir formada öz müstəqilliklərini tələb edəcəklər. Real siyasət məhz buna hesablanıb".

Xatırladaq ki, mayın 21-də Rusiya ilə Çin arasında 400 milyard dollar məbləğində qaz müqaviləsi imzalanıb. Əslində müqavilə 1 gün öncə, yəni mayın 20-də imzalanmalı idi. Amma Çinin bundan imtina etməsi prosesləri növbəti günə qədər uzadıb. İmzalanma mərasiminin növbəti gün reallaşması Çinin Rusiyaya qarşı irəli sürdüyü 3 əlavə şərtin Putin tərəfindən qəbul edilməsindən sonra baş tutub. Xarici mediada yayılan məlumatlara görə, şərtlərdən biri Çin vətəndaşlarının Rusiya ərazisinə vizasız və uzunmüddətli giriş əldə etməsi ilə bağlı olub. Digər səbəb isə dünya ölkələrində nadir hallarda rast gəlinə biləcək məsələ ilə bağlıdır. Belə ki, bu razılaşmanın şərtlərinə əməl edilərsə, bundan sonra Çin vətəndaşları Rusiya ərazisində daşınmaz əmlaka, xüsusən də torpağa sahib ola biləcəklər.

Tarix
2014.06.05 / 18:10
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla