Yuxarı

İstanbulda şiddətli yağış qəzalara səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə isə yağmursuz hava şəraiti davam edəcək

İstanbulda gecə saatlarında yağan şiddətli yağış nəqliyyatın hərəkətini iflic edib. Şəhərin müxtəlif yerlərində yağış üzündən sürüşkənləşən yollarda çoxlu qəza baş verib.

"Axar.az" xəbər verir ki, ölkəmizdə isə yağmursuz hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata əsasən, noyabrın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun gecə 4-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Noyabrın 22-də Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Tarix
2013.11.21 / 13:12
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla