Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


Məmur, saray şairi və dövlət casusu olmuş yazarlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əqlin və qəlbin hökmdarları – onlar həmişə tabelikdən uzaq olublar, ələlxüsus da hakimiyyətə xidmətdən. Əks hallarla daha çox rastlaşırıq. Onların cəsarətli sözləri bizə, sözəbaxan və bir qədər də qorxaq vətəndaşlara şəxsiyyətdən elektorata çevrilməyimizə imkan verməyib.

Bəs buradan belə bir nəticə çıxarmaq olarmı ki, ədibin missiyası dövlət xidməti ilə qətiyyən bir araya sığmır?

Statistika isə belədir. Heç vaxt böyük kürsülərdə böyük şairlər olmayıb (təbii ki, bu fikir son yüzillikllərə aiddir. Hökmdar kürsüsündə oturmuş Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Mirzə Cahan şah Həqiqi kimi Azərbaycan şairlərinin yaradıcılığı ədəbiyyat xəzinəmizin ən nadir incilərindən sayılır – tərc.). Onların bədii şəxsiyyəti hakim dairələrə xidmətdə sanki təzahür imkanlarını itirir. Ancaq hər halda ədalət naminə bəzi maraqlı halların adlarını çəkməyə dəyər.

Dövlət məmuru

Ən yeni tarixdə buna misal olacaq bariz gözəl nümunə kimi Çexoslovakiyanın son, Çex Respublikasının isə ilk prezidenti Vatslav Qaveldən başlamaq olar. Hələ ki, belə bir yüksəliş sözügedən məqam üçün yeganə haldır. Ancaq yenə də ədalətli olaq. Xalq Qavelin yaradıcılığına olan sevgisindən deyil, onun demokratiya uğrundakı mübarizəsinə və uzun illər boyunca davam edən dissident fəaliyyətinə böyük hörmətinə görə öz şairini hakimiyyətə gətirdi.

"Ağıldan bəla" müəllifi Aleksandr Qriboyedov dövlətin maraqlarını qoruyarkən İranda həlak olmuş diplomat idi. Məşhur rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin də kifayət qədər yüksək rütbəli dövlət məmuru idi. Bu iki insanı bir fakt birləşdirir. Onların hər ikisi də azadfikirlilik və ədəbi ideyalarına görə cəzalandırılaraq xidmətə göndəriliblər. Dueldə sekundant (duel şahidi – tərc.) kimi iştirak edən Qriboyedovu Qafqaza sürgün edirlər, oradan isə İrana göndərirlər. Şedrin isə məmur rütbəsində olsa da, sürgün cəzasını tamamilə rəsmi surətdə Vyatkada çəkib.

Casuslar

Dövlət strukturlarına casus kimi xidmət göstərmiş yazıçıların bütöv pleyedası çox maraqlıdır. Bir zamanlar bu xidmət heç də şərəfli sayılmırdı, ancaq zaman keçdikcə müəmmalılıq haləsi casuslğu kəşfiyyatçılıqla əvəzlədi, bu isə geniş ictimaiyyətin nəzərində onların həyatını güclü romantik örtüyə bürüdü.

"Sevilya bərbəri" və "Fiqaronun toyu" əsərlərinin müəllifi P.-O. De Bomarşe çox zirək, tədbirli və şübhəli insan idi. XV Lüdovikin saatsazı olan müəllif onun "incə" tapşırıqlarını yerinə yetirməyə başlayır. Nəhayət, onları İngiltərə əleyhinə işləmək istəyi və səyi birləşdirir. Beləliklə də Bomarşe uzun illər boyunca İngiltərədəki agentləri cəlb edərək Fransanın düşmənləri haqqında məlumat toplamaqla məşğul olur. "Teatr" pyesi və "İnsani ehtirasların ağırlığı" romanı ilə tanınan yazıçı Somerset Moem çox mahir ingilis casusu idi. Belə ki, ədəbi əsərləri uzun illər onun bu fəaliyyətini pərdələyib. Və nəhayət, indiyədək haqqındakı kitab və filmlərin tiraj və kassa mədaxili baxımından rekord qıran Ceyms Bondun müəllifi İen (Yan) Fleminq yeddi ildən artıq rəsmi şəkildə ingilis kəşfiyyatına işləyib, sonra isə istefaya çıxaraq Yamaykada məskunlaşıb. Agent 007-nin bütün qeyri-adi macəralarının zahirən həqiqətə uyğun gəlməməsinə baxmayaraq, görünür, belə dünya şöhrəti qazanmış əhvalatların əsasında olduqca gerçək hadisələr dayanır.

Saray şairləri

Saray şairlərini də yada salmamaq olmaz. Bəlkə də bu, oxucular üçün arxaik görünəcək, ancaq laureat-şairlər (Böyük Britaniyada saray şairini məhz belə adlandırırlar) bu gün də mövcuddurlar. Onları məşhur ədiblər sırasından müəyyən müddətə seçirdilər. Əvvəllər də, indi də saray şairlərinin hökmdar əsabələri və sarayda baş verən bütün mühüm hadisələri tərənnüm etmək kimi vəzifəsi var idi. Əlbəttə, bunu dövlət xidməti adlandırmaq olmaz, ancaq hansısa əsiredici asılılıq hər halda var.

Gördüyümüz kimi, hakimiyyətlə bağlı elə də çox şair və yazıçı olmayıb. Ancaq siyasətdə və ya hakimiyyətdə olmamaq heç də vətəndaş mövqeyindən məhrum olmaq demək deyil. Əksinə, məhz möhkəm inamın və borc duyğusunun olması şair və yazarların "hakimlərin" əmri ilə deyil, qəlbin hökmü ilə düşüncə və təfəkkürün hökmdarı olmasına imkan verir.

Tarix
2014.06.06 / 07:00
Müəllif
Əminə Xatun
Şərhlər
Загрузка...
Digər xəbərlər

Maqnit qasırğaları Yeri cənginə alacaq: Necə xilas olaq?

ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

İsrail Qəzzanı vurdu: Liman yandırıldı

Salman kütləvi həbslərə başladı: hüquqşünaslar tutulur

Jirinovski bütün dünyaya meydan oxumaq təklif edir

ABŞ İrəvana milyonlar ayırmağa hazırlaşır

Bu iki ölkə Rusiyaya qarşı birləşdi

İranla müqaviləni pozmağın fəsadları... - Moqerini

226 illik qurumun tarixində - Bir ilk

Təyyarə parça-parça oldu, lakin...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla