Yuxarı

ABŞ-dan ikili oyun – İŞİD-ə gizli dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ət-Tənf ABŞ hərbi bazasında İŞİD-ə qarşı vuruşmaq üçün təlim keçən silahlılar ABŞ-ın susqun razılığı ilə sursatlarını İŞİD-ə satdılar.

Axar.az xəbər verir ki, bu barədə hərbi bazanın Suriya sektorunun təhlükəsizlik xidmətinin keçmiş rəisi Məhəmməd Əs-Salam məlumat verib.

“Biz bu barədə öyrənən kimi amerikalılara informasiya verdik. Onlar isə bildirdiyimiz komandiri daha çox dəstəkləməyə başladılar. Amerikalılar suriyalılardan hökumət qüvvələri ilə döyüşmələrini istədilər. Ləyaqətli insanlar buna etiraz etdilər, çünki dəstə İŞİD-lə mübarizə üçün yaradılmışdı”, - keçmiş rəis deyib.

Məhəmməd Əs-Salam ABŞ hərbi bazasını 101 nəfərin tərk etdiyini və bunların hazırda qaçqınlar üçün təşkil olunmuş düşərgədə yaşadıqlarını qeyd edib.

Qeyd edək ki, terrorçulara “Maqavir əs-Saura” dəstəsinin komandiri və onun tabeliyində olanlar tərəfindən gizli dəstək verilib. Onlar avtomobillər və M-16 tüfəngləri də daxil olmaqla, ABŞ istehsalı olan silahları terrorçulara satıblar. Sonuncu yoxlama zamanı 4700 tüfəngin çatışmadığı aşkar edilib.

Tarix
2017.08.31 / 18:58
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla