Yuxarı

“Bu türkiyəlilər düşmən dəyirmanına su tökdü”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan ərazilərinə səfərinə etirazlar davam etməkdədir.

Daha bir etiraz isə Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahimdən gəlib. Makedoniyalı siyasətçi onları sərt tənqid edib:

“Təəssüf edirəm ki, həmin Türkiyə vətəndaşları işğalçı Ermənistanın əməllərinə haqq qazandırırlar. Bu səfər düşmən dəyirmanına su tökməkdir. Həmçinin, onlar beynəlxalq qanunları pozublar. Beynəlxalq hüquqda Dağlıq Qarabağ rejimi tanınmır. Qarabağ torpaqları Ermənistan tərəfindən qanunsuz olaraq işğal olunub və bu gündə işğal davam etməkdədir”, -deyə E.İbrahim vurğulayıb.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. 22 sentyabr tarixində Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz səfər ediblər.

28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Tarix
2017.10.01 / 22:03
Müəllif
Elnur Eltürk
Şərhlər
Digər xəbərlər

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri...

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla