Yuxarı

Erməni ordusunun iki əsgəri öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda daha iki əsgərin öldürülməsi faktı gizlədilib.

Axar.az xəbər verir ki, işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgər xidmət yoldaşları tərəfindən öldürülüb.

Belə ki, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi zirehli gödəkçədə olublar.

Lakin baxış zamanı ölənlərin hər ikisinin zirehli gödəkçəsinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir.

Hər iki faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Artıq 2 nəfərin həbs edildiyi də məlumdur. Hər iki insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində rəsmi açıqlamalar görə Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölən və 88 nəfər yaralananan var. Lakin müstəqil mənbələr bu rəqəmilərin 2-3 dəfə çox olduğunu bildirirlər.

Tarix
2017.11.11 / 12:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hindistan Bakının iradlarına cavab verdi

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri...

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla