Yuxarı

Həririnin qisası alınır: Bin Salmanın posterləri yandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxslər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın posterlərini Livanın Şimal və Tripoli şəhərlərində yandırıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Ray əl Yevm” qəzeti yayıb. Qəzet şəhərlərdəki posterlərin yandırılmasından sonra Livan Daxili İşlər Nazirliyinin bütün posterlərin şəhərdən toplanılması haqqında qərar verdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Livan Baş naziri Saad Həriri Ər-Riyada səfəri zamanı gözlənilmədən istefa verdiyini açıqlayıb. O, bu addımı İranın ona qarşı sui-qəsd hazırlaması ilə əlaqədar atdığını bildirib. Livan rəsmiləri isə Həririnin öz istəyi ilə yox, Səudiyyə Ərəbistanının təzyiqi ilə istefaya getdiyini açıqlayıblar. Onlar həmçinin Həririnin Ər-Riyadda girov saxlanıldığını iddia ediblər.

Tarix
2017.11.12 / 12:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla