Yuxarı

İspaniya Puçdemonu türmədə qoruyacağına söz verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya lideri Karlos Puçdemon Belçikadan İspaniyaya ekstradisiya olunacağı halda fərdi, yoxsa ümumi kamerada qalmaq qərarını özü verəcək.

Axar.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyindən Belçika Prokurorluğunun sorğusuna cavabda bildirilib.

Nazirliyin məlumatına görə, Puçdemon muxtariyyətin azadlığı iddiası ilə çıxış etmiş digər Kataloniya rəhbərləri və parlament nümayəndələri kimi “Estremera” həbsxanasına göndəriləcək. Puçdemon orada məhkəmə prosesini təklikdə, yoxsa tərəfdarları ilə birlikdə gözləməsinə özü qərar verəcək.

DİN həmçinin digər məhbuslar tərəfindən zorakılıq hallarına məruz qalmaması üçün Puçdemona xüsusi nəzarət edəcəyini açıqlayıb.

Qeyd edək ki, İspaniya Puçdemon və 4 nazirin həbsinə dair Avropa Birliyi çərçivəsində order versə də, Belçika məhkəməsi Kataloniyanın eks-rəhbəri Karlos Puçdemon və 4 keçmiş naziri azad etmişdi.

Tarix
2017.11.17 / 12:27
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla