Yuxarı

Misirdə səhər namazı qana boyandı - Video/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:58

Misirdə Sinay yarımadasının şimalında məsciddə partlayış baş verib.

Axar.az xəbər verir ki, məlumata görə, terrorçular tərəfindən səhər namazı zamanı partladıcı qurğu işə salınıb.

Hadisə nəticəsində 50-dən çox ölü, 100-ə yaxın yaralının olduğu bildirilir.

Partlayışdan dərhal sonra məscidin naməlum şəxslər tərəfindən atəşə tutulduğu iddia edilir.

Faciə ilə bağlı ölkədə 3 günlük matəm elan olunub.

19:41

Misir Baş Prokurorluğunun yaydığı məlumata görə, Əl-Rauda məscidində cümə namazı zamanı törədilən terror aktı nəticəsində həlak olanların sayı 235 nəfərdir, 130-dan çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Terrorçular cümə namazı zamanı dörd maşında Əl-Rauda məscidini mühasirəyə alıblar. Sonra məscidə daxil olaraq dua edənlər arasında partladıcı qurğunu işə salıblar. İnsanlar qaçıb bayıra çıxmaq istəyəndə isə onları nizamsız atəşə tutublar.

***

Partlayışın baş verdiyi ərazidən görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2017.11.24 / 22:48
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla