Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Qərbə qaçan KQB zabiti: "Hamı bunları bilməlidir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qardian" ("The Guardian") qəzeti Qərbə qaçan KQB zabitinin açdığı sirlərin indi nəşr olunmasından yazır.

Vasili Mitroxin Latviyanın paytaxtı Riqadakı Britaniya səfirliyinə gedəndə ilk tələbi bu olub ki, onun açdığı sirlər mütləq nəşr olunmalıdır, hamı bunları bilməlidir.

Onun bu arzusu 20 ildən sonra həyata keçib. Mitroxinin KQB arxivindən etdiyi 2000 səhifəlik qeydlər indi nəşr olunur.

Həmin qeydlərdə deyilir ki, Britaniyanın nüvə reaktoru texnologiyaları assosiasiyasının katibi və kommunist partiyasının üzvü olan Melita Norvud nüvə sirlərini SSRİ-yə ötürürmüş. Onu 1935-ci ildə RİTA-SİTA-nın Britaniyada müxbiri olan Rotşteyn casusluğa cəlb edib.

Mitroxinin qeydlərində bildirilir ki, solçu "Tribun" ("Tribune") qəzetinin redaktoru, "Dan" ləqəbli jurnalist 1960-cı illərdə "KQB təbliğatına əsaslanan" materiallar dərc edirdi.

Mitroxin Riqada Britaniya səfirliyinə 1992-ci ildə qaçıb. Mitroxin iddia edirdi ki, KQB-nin Britaniyada 200 agenti barədə onda məlumat var.

Mitroxin KQB-nin Polşa kardinalı, sonradan Roma papası olan II İohan Paveli necə izləməsi barədə məlumat verirdi.

Mitroxin deyirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Filip Eyg KQB-dən aldığı məlumatlardan istifadə edirdi.

Mitroxinin sözlərinə görə, Yuri Andropov 1968-cı ildə Praqada xalq üsyanının yatırılmasında həlledici rol oynayıb. Mitroxin 15 tələbə liderinin və redaktorun adı olan siyahı verib ki, bu, Andropovun "Tərəqqi" adlandırdığı xüsusi əməliyyat idi.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Miutroxinin verdiyi materiaları indiyədək kənardan alınan "ən dolğun və geniş sənədlər" adlandırıb.

Ancaq bunun tənqidçiləri də var. Kəşfiyyat ekspertləri deyirlər ki, KQB öz agentlərinin sayını və kontaktlarını qəsdən şişirdirdi ki, sovet rəhbərliyindən daha çox büdcə ala bilsin.

"Tribun" qəzetinin redaktoru Dik Klements isə onun "Dan" ləqəbi ilə KQB-yə işləməsi iddiasını tamamilə cəfəngiyyat adlandırıb.

O da maraqlıdır ki, Mitroxin 2 min səhifəlik sənədlərlə Riqada əvvəlcə ABŞ səfirliyinə qaçmaq istəyib, ancaq burda növbə uzun olduğuna görə Britaniya səfirliyinə gedib. Mitroxin 2004-cü ildə Britaniyada vəfat edib.

Musavat.com

Tarix
2014.07.07 / 20:24
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Balkan böhranı: Serbiya danışıqları dayandırdı

Kiyev qarışdı: Radanın önünə 4 min polis yeridildi

Ərdoğan Trampdan incidi: Bir də zəng etməyəcəyəm

NATO Rusiya ilə sərhədləri gücləndirir

Yüksək vəzifəli məmurların həbsi başladı – Əməliyyat

Biz bu münaqişələri həll edə bilərik - Lukaşenko

Kosovada serb lider qətlə yetirildi

SSRİ-nin bayrağı rəsmiləşə bilər – Müzakirə

Putin məşhur şirkəti seçkiyə buraxmaqdan imtina etdi

Erməni generalın oğlu qəzada öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla