Yuxarı

Dünyada böyük savaşlar başladacaq 8 dövlət – Axar TV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər dünyada böyük güclərin maraqlarının toqquşması ekspertlər tərəfindən yeni böyük savaşların başlayacağı ilə bağlı anonsların səsləndirilməsinə səbəb olur. Bu savaşların ya Yaxın Şərq, ya Cənubi Çin dənizi, ya da Şimali Koreyada başlayacağı güman edilir.

Axar TV dünyada yeni böyük savaşlar başlatmaq ehtimalı olan dövlətlərin siyahısını təqdim edir:

Rusiya

Soyuq müharibədən sonrakı dönəmdə Rusiya ABŞ-la münasibətlərini sakit tempə saldı. Lakin iki böyük güc arasındakı sakitlik uzun müddət davam etmədi. Gürcüstan savaşı, daha sonra Ukrayna və Suriyada maraqların toqquşması iki ölkənin münasibətlərini ən kəskin mərhələyə gətirib çıxara bilib. Üstəlik, ABŞ-ın maraqlarının ifadəçisi olan NATO-nun Şərqə doğru genişlənməsi siyasətindən imtina etməməsi, Moskvanın öz sərhədlərinin mühafizəsinin təminatı üçün yararlandığı bufer zona ölkələrini itirməsi onun sonda böyük savaşa başlama ehtimalını artırır.

İsrail

Suriya müharibəsindən kifayət qədər yararlanan İsrail Yaxın Şərqdə mövqelərini gücləndirə bilib. Uzun illərdir müsəlman ölkələrinin blokadasında olan İsrail sonda bu şəraitdən yaxasını qurtarmağa cəhd edə bilər. Üstəlik, bir müddət öncə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ərəblərin ona qarşı hiddətini bir qədər də artıracaq.

İran

Qərb ölkələri İranı çox təhlükəli dövlət hesab edirlər və onun Yaxın Şərqdə istənilən an müharibəyə başlayacağını qeyd edirlər. Yaxın Şərqdə Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı kimi rəqiblərinin olması, onun böyük müharibəyə başlamaq ehtimalını artırır. Lakin ekspertlər bunu real qəbul etmirlər. Çünki İran sonuncu dəfə 1839-cu ildə başqa dövlətə müharibə elan edib.

Türkiyə

İraq və Suriyada mövqelərini müəyyən qədər itirməsi, eləcə də Balkanlara yenidən dönmək istəməsi Ankaranın daha sərt tədbirlər görməyə məcbur edə bilər. Hazırkı Ankara öz xarici siyasətində Osmanlı İmperiyasının təsir zonalarının geri qaytarılması prinsipi ilə hərəkət edir. Bu isə çoxlarının xoşuna gəlmir.

Şimali Koreya

Şimali Koreya hər zaman ABŞ-ı müharibə ilə və ya onun ərazisinə nüvə raketini atacağı ilə hədələyir. Lakin bütün bu hədələr hələ ki, söz olaraq qalır. Şimali Koreya nüvə silahına və hidrogen bombalarına malikdir. Ona görə də Pxenyana qarşı istənilən səhv hərəkət müharibəyə səbəb ola bilər.

Çin

Yenidən qüdrətlənməyə başlayan Pekin öz təsir zonalarını genişləndirməyə çalışır. ABŞ-ın böyük rəqibi olduğunu anlayan Çin onun mövqelərini zəiflətmək istəyir. Üstəlik, Çin Rusiyanın şərq ərazilərini, Sakit okeanın şərq sahillərini və Mərkəzi Asiyanı özünə aid hesab edir. Bu isə onun böyük müharibəyə başlatmaq ehtimalını artırır.

Hindistan

Hindistan beynəlxalq konfliktlərdən uzaq durmağa çalışır. Lakin Çin və Pakistanın ərazi mübahisələri ona bu imkanı yaratmır. Hər üç ölkənin nüvə silahına malik olduğunu və Dehlinin öz təhlükəsizliyini zəmanət altına almaq istəyini nəzərə alsaq, burada yeni dəhşətli müharibənin başladığını görə bilərik.

ABŞ

Soyuq müharibə bitsə də, ABŞ-a qarşı yeni rəqiblər peyda olmağa başlayıb. Çinlə Rusiyanın güclənməsi və onunla regional rəqabətə girməyə cəhd etməsi Vaşinqton üçün müəyyən təhdidlər yaradır. Qlobal təsir imkanlarını itirmək istəməyən Vaşinqton, bu ölkələrə qarşı müəyyən addımlar ata və ya onlara təsir edəcək müəyyən situasiyalar yarada bilər.

Tarix
2017.12.09 / 08:00
Müəllif
Ömər, Ülkər
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla