Yuxarı

Rusiya lideri Roma Papası ilə görüşəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də İtaliyaya rəsmi səfərə gedən Rusiya lideri Roma Papası ilə tarixi görüş keçirəcək.

Rusiya prezidenti Vladimir Putin noyabrın 25-də Vatikana ilk rəsmi səfərini edəcək. BBC-nin məlumatına görə, bu səfər 1961-ci ildə SSRİ rəhbəri Nikita Xruşşovun Papa 23-cü Ciovaniyə yolladığı təbrik məktubundan sonra Moskva və Vatikan arasında ilk yüksək səviyyəli təmas olacaq.

Maraqlıdır ki, Vatikanı ziyarət və Papa ilə görüş müraciəti Putindən gəlib. BBC-nin xəbərində deyilir ki, İtaliya mediası 25-26 noyabr tarixlərində İtaliyaya rəsmi səfərə gedəcək Putin səfər çərçivəsində Roma Papası ilə görüşmək istəyini bildirib. Yerli medianın yazdığına görə Papa ilə görüşə israr etməsinin əsas səbəbləri sırasında Suriya münaqişəsində iştirakı ilə Yaxın Şərqdə önəmli oyunçu olduğunu nümayiş etdirən Putinin həm də regionda xristianların hamisi roluna iddialı olması, eləcə də Rusiya Patriarxlığı ilə Roma katolik kilsəsi arasında buzları əritmək cəhdidir.

Bu ilin yayında Papa Fransisk Rusiyada keçirilən G20 sammitindən əvvəl Putinə məktub yazaraq Suriyaya hərbi müdaxilədən qaçınılmasını və sülh siyasətinin yürüdülməsini istəmişdi. Beynəlxalq medianın qənaətinə görə, Vatikana səfər edəcək Putin Papa ilə birlikdə Suriya münaqişəsi ilə bağlı birgə müraciət edə və bununla da qlobal oyunçu imicini daha da möhkəmlədə bilər. Eyni zamanda artıq Roma Papası ilə Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill arasında neytral ölkədə görüş keçirilə biləcəyi haqda xəbərlər də yayılır.

Tarix
2013.11.24 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla