Yuxarı

Çində insanları dərhal tanıya bilən süni intellekt hazırlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin süni intellekt sahəsində liderlik edən “Yitu Technology” şirkəti milyonlarla videonəzarət kamerasına qoşularaq insanları dərhal tanıya bilən süni intellekt alqoritmi hazırlayıb. “Dragonfly Eye” adlandırılan sistem milli məlumat bazasında olan 1,8 milyard fotoşəkildən ibarət kolleksiyaya malikdir.

Axar.az xəbər verir ki, “Dragonfly Eye” ilk iş günündə polis tərəfindən axtarılan insanı izləyərək onun dəqiq yerini hüquq mühafizə orqanlarının əməkdaşlarına göndərib. Daha 567 cinayətkar da şəhər metrosunda sistem tərəfindən aşkar edilib.

“Əhalisi 24 milyon olan Şanxay şəhərində bu qədər insanı izləmək mümkün deyil. Hətta çoxlu kameralar olduğu halda, bütün videoçarxlara baxmaq çətindir. Lakin süni intellekt insanları asanlıqla tanıya bilir”, – deyə şirkətin həmtəsisçisi və icraçı direktoru Çju Lonq bildirib.

Onun sözlərinə görə, yeni alqoritm iki fərqli təsvirdə əks olunan şəxslərin eyni insan olub-olmadığını müəyyənləşdirməkdə gömrük mütəxəssislərindən daha dəqiqdir. Sistem obyekti milyonlarla insanın arasında hətta 25 və ya 30 il əvvəlki fotoşəkildən istifadə edərək tapa bilər.

Tarix
2017.12.13 / 19:02
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla