Yuxarı

Türkiyə Qorxmazı ABŞ-dan tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ-ın Baş prokuroru Cef Seşnsə məktub göndərərək, Rza Zərrabın işi üzrə ABŞ-da ifadə verən keçmiş polis əməkdaşının Türkiyəyə qaytarılmasına çağırış edib.

Axar.az xəbər verir ki, Gül məktubunda Ankaranın ABŞ-ın bu addımından təəssüfləndiyini bildirib.

“Türkiyə təhlükəsizlik qüvvələrinin keçmiş əməkdaşı Hüseyn Qorxmazın 11 dekabr 2017-ci ildə ABŞ məhkəməsində ifadə verməsi faktından çox təəssüfləndik. Bu insan FETÖ təşkilatında üzvlükdə ittiham olunaraq, axtarışa verilib. Bu bir daha göstərir ki, Türkiyənin bu məhkəmə işinə qarşı şübhəsi əsassız olmayıb”, - məktubda vurğulanıb.

Qeyd edək ki, bundan öncə Qorxmazın Zərrab işi ilə bağlı ifadə verməyə hazır olması haqqında informasiya yayılıb. “Hürriyet” qəzeti Federal Təhqiqatlar Bürosunun bunun üçün Qorxmaza 50 min dollar ödədiyini bildirib.

Zərrab noyabrın sonundan məhkəmədə özünün təqsirkar olduğunu etiraf edib və İrana qarşı embarqo qadağasının yarılmasında iştirak etdiyini bildirib. O, bu işdə Türkiyənin dövlət bankı olan “Xalqbank”ın rəhbər heyəti ilə birgə hərəkət etdiyini açıqlayıb.

Tarix
2017.12.16 / 11:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla