Yuxarı

Ərdoğandan Trampa: Dollarla Türkiyənin iradəsini...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasınin Qüds barədə qətnaməni dəstəkləyəcəyini düşünür.

Axar.az xəbər verir ki, Türkiyə lideri Ankarada çıxışı zamanı ABŞ-ın qətnaməyə səs verəcək ölkələrə təzyiq göstərməsini sərt tənqid edib. “Bu gün BMT-də səsvermə keçiriləcək, ABŞ prezidenti isə hədə-qorxu gəlir. Demokratiyanın beşiyi bütün dünyada satın alacağı səsləri axtarır. Cənab Tramp, siz dollarla Türkiyənin demokratik iradəsini satın ala bilməzsiniz”, - Ərdoğan çıxışında belə deyib.

O, həmçinin beynəlxalq ictimaiyyətə “öz iradənizi pula satmayın” çağırışı ilə müraciət edib. Türkiyə lideri ABŞ-ın gözlədiyi nəticəni əldə edə bilməyəcəyinə və dünyanın onlara yaxşı dərs verəcəyinə ümidvar olduğunu söyləyib.

Bir qədər əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin səsvermənin nəticələrini qəbul etməyəcəyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən kəskin etirazla qarşılanıb.

Dekabrın 18-də isə Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Vaşinqtonun addımını qınayan və 15 üzv dövlətdən 14-nün dəstəyini qazanan qətnaməsinə veto qoyub. Bundan sonra Fələstin bu məsələ üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini xahiş edib.

Tarix
2017.12.21 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla