Yuxarı

Obama İsraili xəbərdar edibmiş: Trampa güvənmə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası vəzifədən ayrılmadan əvvəl yeni seçilən Donald Tramp hökuməti ilə kəşfiyyat məlumatlarının mübadiləsi prosesində ehtiyatlı olması barədə İsrailə xəbərdarlıq edibmiş.

Axar.az xəbər verir ki, bu barədə “Yerusalem Post” qəzeti yazıb.

Məlumata görə, İsrailə edilən xəbərdarlıqda Trampın Rusiya ilə nə dərəcədə yaxın olduğunun bilinmədiyi üçün ötürülən hər hansı kritik informasiyanın Rusiyaya və onun vasitəsilə də İrana sızdırılma ehtimalı olduğu vurğulanıb.

ABŞ-ın milli təhlükəsizlik məsələri üzrə keçmiş müşaviri Süzan Raysın İsrailin kəşfiyyat idarəsinə göndərdiyi elektron məktubda gələcək hökumətlə xüsusən Rusiya ilə bağlı informasiya mübadiləsində ehtiyatlı olmağın əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Trampın İŞİD-in elektron cihazlarla silsilə teraktlar törətməyə hazırlaşdığı barədə İsrailin ötürdüyü informasiyanı Rusiyaya çatdırdığı iddia edilmişdi.

Tarix
2018.02.14 / 16:16
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla