Yuxarı

Sərkisyan azərbaycanlıdan soruşdu: Haralısan?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Sədi Cəfərovla Ermənistan Prezidenti Serj Sərkisyan arasında insident yaşanıb.

Axar.az Haqqin.az-a istinadən xəbər verir ki, Sərkisyan çıxış etdikdən sonra Azərbaycan diplomatı ona müraciət edərək Ermənistanın Qarabağda etnik təmizləmə apardığını, Azərbaycan torpaqlarını işğal etdiyini bildirib. Cəfərovun bu çıxışını panelin moderatoru kəsməyə çalışsa da, azərbaycanlı diplomat sözlərinə davam edib. Sərkisyan isə daha sonra birbaşa cavabdan qaçaraq, öz ölkəsinin iqtisadi inkişafından danışmağa başlayıb.

Maraqlı məqam isə Sərkisyanın çıxışından sonra yaşanıb. Konfrans zalını tərk edərkən Sərkisyan Cəfərova yaxınlaşaraq, ona Azərbaycan dilində “Haralısan?” sualını verib. Cəfərov ona Qarabağdan olduğunu deyib və daha sonra Sərkisyan zalı tərk edib.

Tarix
2018.02.18 / 10:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla