Yuxarı

Auşvisin 96 yaşlı "mühasib" qatili öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nasist Almaniyası zamanı Auşvis (Osvensium) həbs düşərgəsinin “mühasibi” olmuş və 2015-ci ildə həbs edilmiş Oskar Qreninq 96 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri məlumat yayıb. Bildirilib ki, keçmiş nasist müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, Oskar Qreninq 2015-ci ilin iyul ayında mühakimə olunub. O, 300 min insanın qətlində günahkar bilinərək 4 il həbs cəzasına məhkum edilib. Lakin alman zabiti bundan sonra iki il evində yaşayıb. Bu yaxınlara qədər isə onun həbsxanaya göndəriləcəyi məlum deyildi. 2017-ci ilin avqustunda Hannover prokuroru Qreninqin həbs cəzasının təxirə salınması barədə xahişini rədd edərək onun sağlam olduğunu və həbsxanaya göndərilməli olduğunu bildirib.

Beləliklə, yenidən ötən ilin sonlarında Qreninqin 4 il həbsdə yatması barədə qərar qəbul edilib.

Əlavə edək ki, II Dünya müharibəsində Qreninq Auşvisdə (Osvensim) hesabdar işləyib. O, məhbusların pullarını sayaraq sonradan Berlindəki koordinasiya qurumuna göndərib. Qreninq heç vaxt düşərgədəki fəaliyyətini inkar etməyib və insan ölümlərində əli olduğunu boynuna alıb. Onun ifadələri nasist rejiminin cinayətlərini təsdiq etdiyi üçün tarixi baxımından vacib sayılır.

Tarix
2018.03.13 / 01:26
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla