Yuxarı

Türkiyənin S-400-ü tezləşdirmək xahişi - Lavrovdan cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya veririk.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı, iqtisadi münasibətləri müzakirə etdik. “Türk axını” və Akkuyu Atom Elektrik Stansiyası kimi layihələrin önəmini bir daha təsdiqlədik. S-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair sazişin reallaşdırılmasını müzakirə etdik. Bu barədə mütəxəssislər danışıqlar aparır. Türkiyənin S-400-lərin göndərilməsinə dair xahişinə biz müsbət reaksiya veririk. Rusiya və Türkiyədə qarşılıqlı olaraq 2019-cu ilin turizm ili elan edilməsini razılaşdırdıq. Ötən il Rusiyadan Türkiyəyə rekord sayda turist gedib. Biz Türkiyəyə gələn turistlərin sayına görə Almaniyanı qabaqlamışıq”.

Rusiya XİN başçısı türkiyəli həmkarı ilə gündəmdə olan beynəlxalq məsələləri müzakirə etdiklərini də söyləyib: “Hər şeydən öncə Suriya münaqişəsinin siyasi yolla həll edilməsi ilə bağlı müzakirələr apardıq”.

S. Lavrov Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynadakı problemlərlə bağlı fikir mübadiləsi apardığını da söyləyib.

M. Çavuşoğlu isə Rusiya ilə Türkiyə arasında olan birtərəfli viza rejiminin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına maneə törətdiyini vurğulayıb: “Qara dənizdə və digər regionlarda Rusiya ilə sıx əməkdaşlıq edirik. Bir sıra məsələlərdə fikir ayrılıqları olmasına baxmayaraq, Rusiya ilə dialoq davam edir. O ki qaldı S-400-lərin Türkiyəyə göndərilməsi məsələsinə, bunların tez göndərilməsi hər iki ölkənin maraqlarına uyğundur”.

Tarix
2018.03.14 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla