Yuxarı

Üçüncü intifada başlayır: İsrail böyük xaosa girdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Fələstin arasındakı toqquşmalar nə qədər ağır olsa da, ərəb dövlətləri bu konfliktə müdaxilə etməyəcəklər.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az” saytına müsahibəsində Misir politoloqu Məhəmməd Saleh deyib.

“Misir və İordaniya 1979 və 1994-cü illərdə İsraillə sülh razılaşması imzalayıblar. Ona görə də Qahirə və Əmman fələstinlilərə heç bir dəstək verməyəcəklər. Fələstinlilərin etirazı Qüdsdə ABŞ səfirliyinin açılmasıyla başladı. Ona görə də bu toqquşmalar tezliklə bitməyəcək. Böyük ehtimalla xalq qiyamı və ya üçüncü intifada başlayacaq. Fələstinlilər üçün Qüds ölüm-qalım məsələsidir. İndiyə qədər fələstinlilərin hamısı Qüdsü müstəqil dövlətin paytaxtı elan etmək ideyası ilə böyüyüblər. Bu konflikt digər ölkələrə yayılmayacaq, amma İsrailin daxilində situasiya qeyri-stabil olacaq və bu bir müddət davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, dünəndən etibarən fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etirazlara başlayıblar. Etirazlar nəticəsində 59 fələstinli ölüb, 2700-dən çox insan yaralanıb.

Tarix
2018.05.15 / 09:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla