Yuxarı

Bir güllə atmadan Osmanlıdan Qüdsü necə aldılar?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlının 401 il idarə etdiyi səmavi dinlərin müqəddəs məkanı olan Qüdsü ingilis ordusu bir güllə atmadan, müqavimətə rast gəlmədən əldə edib.

Kult.az Teleqraf.com-a istinadən xəbər verir ki, Osmanlı imperiyasını gücləndirmək deyil, zəiflətmək məqsədilə yaradılan İttihad və Tərəqqi Təşkilatının təlimatı əsasında Qüds “şəhərə və tarixi abidələrə top mərmilərindən ziyan dəyməsin” bəhanəsi ilə boşaldılıb. Beləcə, türk əsgəri Qüdsdən çəkilib, ingilislər bir qəpik xərcləmədən bu tarixi şəhəri ələ keçirib.

Əslində isə o dövrdə Osmanlının vəziyyəti heç də yaxşı deyildi. Məsələn, ingilis ordusuna rəhbərlik edən general Edmund Allenbi 1917-ci ilin 7 noyabrında şiddətli hücumlara başlayıb. Qırıcılar gəmilərdən qalxaraq Osmanlı hərbçilərini hücum edib. Vəziyyət o dərəcədə ağır olub ki, sonda Osmanlı birliklərini geri çəkməyə qərar verib. Ordu on kilometrlərlə geri çəkilib, beləcə Fələstin birdəfəlik Osmanlının əlindən çıxıb.

Qüds valisi, ərəb əsilli İzzət dərhal İstanbula teleqram göndərərək ingilis ordusuna təslim olmaqdan başqa çarələri qalmadığını bildirib. Vali eyni zamanda bələdiyyə rəis vəkili Səlim Hüseyn vasitəsilə ingilislərə məktub göndərərək, təslim olduqlarını elan edib.

Səlim əl-Hüseyn hücuma məruz qalmamaq məqsədilə ağ bayraqla şəhərdən çıxmalı idi. Çünki ağ bayraq olmasa, ingilislərin elçini vurub öldürməsi real idi. Ağ bayrağı düzəltmək məsələsi Amerika xəstəxanasında işləyən Breza Spafford Vesterin üzərinə düşüb. Vester ağ bayrağı düzəldib və Səlim Hüseynə təqdim edib.

Beləcə, Səlim Hüseyn və Qüds polis rəisi Hacı Əbdülqadir təslim olmaq haqda məktubla 1917-ci ilin dekabrın 9-da şəhərdən çıxaraq ingilislərin qərargahına yollanıb. Onlar şəhərdən bir az uzaqlaşan kimi yolda iki ingilis əsgəri ilə qarşılaşıb. Təslim məktubu gətirdiklərini ingilislərə demələrinə rəğmən, onları anlayan olmayıb. Çünki ingilis çavuşlar türk dilində bilmirdi.

Çavuş Ceyms Sedqevik və çavuş Fredirix Hurcomb təslimçi məktubu aparan türkləri Qüds yaxınlığındakı İngiltərənin 180-cı Piyada Alayına gətirib. Burada general Vatson təslim məktubunu alıb, lakin ümumi razılaşma olmadığından məktubu geri verərək, heyəti Qüdsə qaytarıb. Verilən qərara görə, ingilis ordusu Qüdsə daxil olacaq və təslim məktubunu da şəhərdə alacaqdı. Bölgədəki İngiltərə ordusunun komandanı general Allenbiyə xəbər verilib, onun razılığı alındıqdan sonra plan reallaşıb.

11 dekabr 1917-ci ildə general Edmund Allenbi (Birinci Vikont) Qüdsə şəhərin Həzrəti İbrahim qapısından daxil olaraq təslim açarını alıb.

Beləcə, 400 ildən çox Osmanlının idarəçiliyində olan Qüds itirilib.

Tarix
2018.05.22 / 00:33
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla