Yuxarı

Sosial şəbəkələrdə yayılan videoda... - Gömrükdən təkzib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına ittihamların əks olunduğu video ilə bağlı açıqlama yayıb.

Komitədən Axar.az-a verilən məlumata görə, ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına əsassız ittihamların əks olunduğu video yayılıb.

"Videoda Azərbaycan vətəndaşı olan şəxs İrandan gətirdiyi və iddiaya görə, əsasən ərzaq məhsullarından ibarət yükün gömrükdən əsassız şəkildə buraxılmamasından şikayət edərək buna gömrük əməkdaşlarının və gömrük orqanlarının qanunsuz əməlləri kimi don geyindirməyə çalışır.

Dövlət Gömrük Komitəsi bildirir ki, fiziki şəxslər tərəfindən ölkə ərazisinə güzəştli qaydada gətirilən ərzaq məhsullarının miqdarı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən olunub. Həmin qərara əsasən, fiziki şəxslər hər təqvim ayı ərzində 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını güzəştli qaydada, yəni gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə bilərlər", - deyə məlumatda vurğulanıb.

Komitədən bildirilib ki, videoda gömrük orqanlarının və gömrük əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürən Astara rayon sakini Faiq Cəfərzadə 4, 12, 18 və 20 aprel tarixlərində, ümumilikdə 1 ayda 4 dəfə, 2,14,16,17 və 22 may tarixlərində isə ümumilikdə 5 dəfə İrana səyahət edib və dəfələrlə xəbərdarlıq edilməsinə, müvafiq izahat və təbliğat işləri aparılmasına baxmayaraq, hər dəfə geri dönərkən özü ilə qanunda nəzərdə tutulandan artıq miqdarda ərzaq məhsullarını gömrük sərhədindən keçirməyə cəhd göstərib. Üstəlik, bu cəhdlər zamanı hər dəfə ona gömrük qanunvericiliyinin tələblərini izah edən gömrük əməkdaşlarını müxtəlif ifadələrlə ittiham və təhqir edib

"Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları və xarici ölkələrə səyahət edən şəxsləri gömrük qanunvericiliyinin tələblərinə əməl etməyə, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumat yayarkən diqqətli, qərəzsiz və qanunun aliliyinə hörmət etməyə çağırır", - deyə məlumatda vurğulanıb.

Tarix
2018.05.24 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla