Yuxarı

Trampın Ərdoğandan istədiyi keşişin – Şok PKK planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın təkidlə Türkiyədən istədiyi keşiş Endryu Bransonun ötən gün keçirilən üçüncü məhkəmə iclasında şahid ifadələri dinlənilib.

Axar.az xəbər verir ki, məhkəmədə ifadə verən Levent Alkan adlı şəxs Bransonun terror qruplaşması tərəfdarları ilə yaxın münasibəti olduğunu, onlara yardım etdiyini, bu barədə keşişə dəfələrlə xəbərdarlıq etdiklərini bildirib.

Alkanın sözlərinə görə, məhkəmədə verdiyi ifadələr səbəbindən Bransonun tapşırığı ilə heç bir kilsəyə girə bilmir. Bransonun əvvəl fəaliyyət göstərdiyi kilsənin camaatından olan Levent Alkan İşıq kilsəsinin rahibinin də onun ifadəsini dəyişməsi üçün çalışdığını və tövbə etməyə çağırdığını qeyd edib.

“Bir gün kilsədəki çıxışında “türklərlə kürdlər arasında savaş var” ifadəsini işlətdi. Biz bu fikrə qoşulmuruq. Bizim belə bir düşüncəmiz yoxdur. O, niyə belə düşünür görəsən?” - Alkan bildirib.

Alkan eyni zamanda Bransonun gizli bir otaqda toplantılar keçirdiyini vurğulayıb:

“Bizi o toplantılara buraxmırdılar. Bir gün o otağa girəndə terror qruplaşmasına aid sənədlər gördüm. Qutuların içərisində PKK-ya aid broşürlər vardı. Bir də terror qruplaşmalarının yaratmaq istədiyi Kürdüstanla bağlı xəritə vardı, o xəritədə müəyyən yerlər işarələnmişdi”.

Tarix
2018.07.19 / 11:40
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla