Yuxarı

Ukrayna Azov dənizini minalaya bilər? - Rus admiral

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Dəniz Qüvvələrinin zəruri güc və vasitələrinin çatışmazlığını nəzərə alsaq, bu ölkənin Azov dənizini minalaması nə siyasi, nə hərbi nöqteyi-nəzərdən mümkün görünür.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz donanmasının keçmiş komandanı, Hərbi Dəniz Donanmasının Baş Qərargah rəisi admiral Viktor Kravçenko danışıb:

“Ukrayna Hərbi Dəniz Qüvvələri SSRİ-nin Qara dəniz donanmasının bölüşdürülməsindən sonra mina arsenalının əhəmiyyətli bir hissəsini əldə etsə də, çətin ki, onlar saxlanılıb. Bundan əlavə, hələ minaları quraşdırmaq və bunun üçün Qara dənizdən Azov dənizinə (əgər Rusiya donanması icazə versə) daxil olmaq lazımdır”.

Admiralın sözlərinə görə, Azov dənizi ölçüləri etibarı ilə kiçikdir və buna görə də minaların quraşdırılması dənizçilərdən xüsusi peşəkarlıq tələb edir. Ukrayna donanmasının zəif hazırlığı və gəmilərinin çatışmaması isə bu tip vəzifəsinin öhdəsindən gəlinməsini imkansız edir.

Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Sergey Qayduk Azov dənizinin mütləq minalanmalı olduğunu bildirmişdi.

Tarix
2018.07.20 / 16:26
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla