Yuxarı

Lirənin ucuzlaşması iqtisadi sui-qəsdin nəticəsidir - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin xarici valyutalar, o cümlədən ABŞ dolları və avro qarşısında kəskin dəyər itirməsinə münasibət bildirib.

Report-un xəbərinə görə, dövlət başçısı bunu "iqtisadi sui-qəsdin nəticəsi" adlandırıb.

"Seçkilərdən əvvəl artan valyuta məzənnələrinin məqbul bir səviyyəyə düşməsini gözlədiyimiz halda, tamamilə əks vəziyyətlə qarşılaşdıq. Məzənnə iqtisadi amillərdən asılı olmayaraq, məntiqə sığmayacaq şəkildə yüksəldi. Yeni il ərəfəsində qiyməti 3,8 lirə, mart-aprel aylarında 4 lirə, mayda 4,12 lirə, iyunda keçirilmiş seçkilərin səhəri günü isə 4,06 lirə olan dolların sonradan 7 lirəyə qədər bahalaşması iqtisadi sui-qəsdin nəticəsidir. ABŞ-ın Türkiyə ilə bağlı ardıcıl olaraq qəbul etdiyi mənfi qərarlarla iqtisadiyyatımız hədəfə alındı. Avqustda Türkiyədə siyasi qeyri-sabitlik olmayıb, hərbi və digər fövqəladə vəziyyət yaranmayıb. Amerikanın suverenliyimizə qarşı tələblərinə cavab vermədik deyə belə bir vəziyyətin yaranması məsələnin tamamilə siyasi olduğuna dəlalət edir. Amma bilmək lazımdır ki, Türkiyə hüquqi dövlətidir, qəbilə dövləti deyil”, - o qeyd edib.

R.T.Ərdoğan həmçinin əlavə edib ki, ABŞ-ın hücumları Hindistan və Çin kimi ölkələrdə də narahatlıq yaradıb.

Tarix
2018.09.14 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla