Yuxarı

ABŞ Gürcüstanda təhlükəli sınaqlar aparır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Qiorqadzenin Tiflisin Luqara laboratoriyasındakı təhlükəli sınaqlar haqqında yaydığı məlumatlar sadəcə aysberqin görünən hissəsidir.

Axar.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin eks-müşaviri Cefri Silverman deyib. Onun sözlərinə görə, Tiflisdə Luqara laboratoriyasından əlavə Tiflisdə Eliava laboratoriyası da var.

O, Kobuletidə də laboratoriyanın olduğunu və burada Britaniya Müdafiə Nazirliyinin nəzarəti altında bubonik vəbanın tədqiq edildiyini bildirib:

“Bundan başqa daha 11 kiçik laboratoriya mövcuddur. Bütün bu mərkəzlər bir-birləriylə bağlıdırlar. Luqara əsasdır, amma bu o demək deyil ki, tədqiqatlar təkcə burada aparılır. Kutaisidə bubonik vəba, antibiotiklərin hazırlanmasıyla bağlı eksperimental proqram üzərində iş aparılır. Üstəlik, laboratoriyalarda yeni növ bakteriya və viruslar üzərində tədqiqat aparılır. Bütün bu laboratoriyalar ABŞ-ın hərbi proqramlarıyla bağlıdır”.

O, Gürcüstanda belə laboratoriyaların tikilməsiylə bağlı kontraktların ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən hazırlandığını da iddia edib:

“ABŞ HDQ nümayəndələri Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri ilə görüşəndə onlar çamadanı açıb, yalnız bunu dedilər: “Kontrakt budur, imzalayın”. ABŞ-ın belə addımına səbəb Gürcüstanın strateji bölgədə yerləşməsi idi. Belə ki, Gürcüstan İran, Rusiya, Türkiyəyə yaxın yerləşir, digər tərəfdən isə cəmiyyət burada həyata keçirilənlərlə bağlı heç bir sual verməyəcək. Gürcüstan həmçinin bakterioloji silahların ləğvi ilə bağlı konvensiyanı təsdiq etməyib. Onun bioloji silahı yoxdur, amma sovet dövründən tədqiqat mərkəzləri mövcuddur. Amerikalılar dedilər Gürcüstanı qoruyacaqlar ki, patogenlər pis əllərə düşməsin. Bunun sayəsində Gürcüstan böyük laboratoriya oldu”.

Tarix
2018.09.22 / 17:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla