Yuxarı

Ermənistanda yağ böhranı: Qiymətlər durmadan bahalaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yağ qiymətlərinin artımı kifayət qədər spesifik və iqtisadi məsələdir.

Axar.az xəbər verir ki, bunu “News.am”a açıqlamasında Ermənistan İstehlakçılar İttifaqının sədri Armen Poqosyan deyib.

“Ermənistana Yeni Zellandiyadan yağ idxal etmək absurddur. Yerli istehsalçılar bazarın bu məhsula tələbatının 40%-ni ödəyə bilərlər. Qida təhlükəsizliyi dövlət təhlükəsizliyinin bir hissəsidir. Onun məqsədi ölkənin özünü təmin edə bilməsini zəmanət altına almaqdır. Bazardakı bahalaşmanın əsas səbəblərindən biri real rəqabətin olmaması, bazardakı monopoliyadır.

Ermənistanda insanların gündəlik istifadə etdiyi süd 100 qramdır. Avropada isə bu 400 qramdır. Sadəcə dəhşətdir. Bu, yalnız müharibə şəraitində və blokadada olur. Əhalinin çörək istifadəsi artıb. Çörək süd məhsullarını əvəz etməyə başlayıb”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda yağ böhranı Serj Sərkisyan dövründən mövcuddur. Belə ki, ölkədə satılan yağın qiyməti beynəlxalq bazarlarla müqayisədə çox yüksəkdir. Dünyada yağ qiymətləri 4 dollara endiyi halda Ermənistanda bu göstərici 9,4 dollara bərabərdir.

Tarix
2018.10.13 / 17:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla