Yuxarı

Avropada ilk: buynuzuna görə ovlanan heyvan üçün...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya qanunsuz vəhşi heyvan qaçaqmalçılığına və beynəlxalq brakonyerliyə qarşı mübarizə sahəsində Avropa İttifaqının planını qəbul edən ilk ölkədir.

Axar.az xəbər verir ki, TIFIES adlanan bu plana nadir heyvanların – xüsusən kərgədanların qorunması üzrə kompleks tədbirlər daxildir.

Hazırda dünyada nəsli kəsilmək təhlükəsi altında olan kərgədanların 5 növü mövcuddur ki, onlardan ikisi Afrikada (ağ və qara), daha üçü isə Asiyadadır (Yava, Hindistan və Sumatra). Bu fəlakətli vəziyyətin başlıca səbəbi onların buynuzunu əldə etmək üçün qadağan olunmuş ov edən insanların fəaliyyətidir. Belə ki, kərgədan buynuzunun müalicəvi xüsusiyyətə malik olduğu hesab edilir.

TIFIES planı yerli mütəxəssislərin təchizatı və təlimi vasitəsilə heyvanların lazımınca qorunmasını təmin etmək məqsədi daşıyan “Euroscout” layihəsi çərçivəsində bu problemin daha kəskin olduğu ölkələrə yardım göstərilməsini nəzərdə tutur. Milli səviyyədə isə müxtəlif nazirliklər və idarələrin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi planlaşdırılır. Bu məsələdə aparıcı rol mülki aviasiyanın təbiətin qorunması üzrə bölməsinə ayrılacaq.

Tarix
2018.10.14 / 02:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla