Yuxarı

Baxşəliyev İstanbulda 80 mini taksidə unutdu, sürücü isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün işlə bağlı Türkiyəyə gedən azərbaycanlı iş adamı Pərviz Baxşəliyev tələsdiyindən 80 min lirə pulla dolu çantasını taksidə unudub. Çantanın avtomobilin salonunda qaldığını görən sürücü müştərisini taparaq pulu ona qaytarıb.

Virtualaz.org xəbər verir ki, hadisə ötən gün İstanbulda baş verib. 44 yaşlı azərbaycanlı iş adamı Yenibosnada saat təxminən 18:30-da UBER-dən taksi sifariş verib. Sürücü Cüneyt Terzinin idarə etdiyi avtomobillə yola düşən iş adamı Bağçalarda avtomobili tərk edib.

Tələsdiyindən içərisində 80 min tl pul ilə yanaşı ev və avtomobilinin açarları olan çantanı avtomobildə unudub. Bunu hiss edərək UBER-ə vəziyyətlə bağlı email göndərib.

Bir qədər yol getdikdən sonra sürücü sərnişiinin çantasını avtomobildə qoyduğunu hiss edərək bu barədə Lisenziyalı Nəqliyyatçılar Dərnəyinə (LİTAŞ) məlumat verib. İş adamı ilə dərnək üzvlərinin vasitəsilə əlaqə yaradan sürücü sonradan onunla görüşərək çantanı təhvil verib. Sürücü bildirib ki, çantanın avtomobildə qaldığını anladıqda onu sahibinə qaytarmaqdan başqa heç bir şey fikirləşməyib.

İş adamı isə sürücünün bu hərəkətindənçox məmnun qaldığını deyib: "Şükür ki, insanlıq ölməyib. Mən öz ölkəmdə şəxsi avtomobildən istifadə edirəm, bura da gələndə UBER-dən taksi sifariş verirəm. İlk dəfə idi belə halla qarşılaşırdım. Təyyarədən yenicə düşmüşdüm, təkcə pul deyil, çantada bəzi şəxsi əşyalarım da var idi. Onu növbəti müştəri və ya elə taksi sürücüsünün özü ehtiyacı olduğuna görə götürə bilərdi. Sürücüyə bu hərəkətinə görə çox təşəkkür edirəm”, - deyə Pərviz Baxşəliyev bildirib.

Tarix
2018.11.10 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla