Yuxarı

Tramp ABŞ-ı enerji savaşından geri çəkir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar tikintisinə 5 milyard dollar ayırması tələbindən sonra ABŞ-ın Arktikada öz mövcudluğunu artırması planı barədə unutmaq olar.

Axar.az xəbər verir ki, bu iddia ilə “Hill” qəzetinin redaktoru Rafael Bernal çıxış edib.

“Bundan öncə daxili təhlükəsizlik sahəsində ayırmalar haqqında qanun layihəsinə əsasən, Amerika ordusuna yeni buzqıran gəminin hazırlanacağı güman olunurdu. Bunun üçün 750 milyon dollar ayrılması planlaşdırılmışdı. Lakin bu bənd sonradan bir neçə konqresmenin təşəbbüsüylə sənəddən götürüldü. Hazırda ABŞ-ın buzqıran donanması dəhşətli vəziyyətdədir və yalnız iki köhnə gəmi istifadə edilir. ABŞ-ın büdcə vəsaitlərinin digər məqsədlər üçün xərclənməsi nəzərə alınarsa, Vaşinqton özünün Arktikadakı mövcudluğunu genişləndirə bilməyəcək.

Arktikada buz qatının azalması sayəsində bu regionda yeni yataqların aşkarlanması və yeni dəniz ticarət yollarının açılması imkanları yaranıb. Hazırda Rusiyanın 40 buzqıran gəmisi, ABŞ-ın isə iki belə gəmisi mövcuddur. Bunlardan biri “Polar Star” gəmisi Antarktikadadır və onun istifadə müddəti 12 il əvvəl başa çatıb”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər şimal ölkələrinin Arktika regionuna marağı artıb. Xüsusən Arktikada öz mövcudluğunu ABŞ, Kanada, Norveç, Rusiya, Britaniya, İsveç, Danimarka kimi ölkələr genişləndirmək istəyirlər. Artıq Rusiya bölgənin aktiv tədqiqatına başlayıb ki, bu da digər ölkələrin kəskin etirazına səbəb olub.

Aktivliyin artmasının digər səbəbi isə bu bölgədə təbii resursların mövcudluğu ilə bağlıdır. Belə ki, Arktikada təxminən 83 milyard barrel neft və 1550 trilyon kubmetr qaz mövcuddur. Bununla bərabər, bölgə platin və nadir metallar, mis-nikel filizləri, tantal, qızıl və almazla zəngindir.

Tarix
2018.12.15 / 10:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla