Ana səhifə Planet |
Avropa Parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Brok: "Avropaya cinayətkarlar deyil, gənclər getməlidir"
"Əgər noyabr ayının 30-da "Müstəqillik meydanı"ndakı nümayişi güc yolu ilə dağıdanlar prezident Yanukoviç tərəfindən cəzalandırılmasalar, Ukraynanın bəzi məmurlarının Avropa Birliyinə girişinə qadağa qoyulacaq".
Bunu Avropa Parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Brok Maydanda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Birliyinə cinayətkarlar deyil, gənclər getməlidir.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də Maydanda çıxış edərək bildirib ki, heç bir qüvvə insanların azadlığa doğru getməsinin qarşısını ala bilməz.
Xatırladaq ki, 2010-cu ilin iyulunda Kiyev şəhərində Mixail Saakaşvili Viktor Yanukoviçi 60 illik yubileyi ilə bağlı təbrik etmişdi. Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, indi isə Saakaşvili müxalifətçilərlə birləşərək Yanukoviçə qarşı çıxır. İqtidarda olan Regionlar və Ukrayna kommunist partiyalarının funksionerləri də belə çıxışları ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirirlər.
Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze də Saakaşvilinin Maydandakı çıxışına münasibət bildirib: "Saakaşvili öz bəyanatlarında sərbəstdir və onun mövqeyi Gürcüstanın indiki hakimiyyətinin mövqeyilə üst-üstə düşmür". Gürcüstanın iqtidarda olan "Gürcü arzusu" partiyasının lideri, baş nazir və ölkə parlamentinin sədri isə Kiyevdə baş verənləri şərh edərkən ehtiyatlı mövqedən çıxış ediblər. (ANS)
Tarix
2013.12.07 / 20:46
|
Müəllif
Axar.az
|