Yuxarı

Kerri yarım əsrlik mübahisəni həll etməyə çalışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri İsraillə Fələstin arasındakı sülh müzakirələrində vasitəçilik etmək üçün onuncu dəfə Yaxın Şərq bölgəsinə danışıqlara gedib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Con Kerri Yaxın Şərq səfəri boyunca Qüdslə Ramallahda olacaq. Bu gün axşam saatlarında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşən Kerrinin cümə və şənbə günləri Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacağı və İsrail tərəfindən fərqli siyasətçilərlə görüşlər keçirəcəyi planlaşdırılır. Con Kerrinin keçirəcəyi görüşlər əsnasında mümkün razılaşmanın ümumi müddəalarını özündə ehtiva edən bir sənəd təqdim etməsi gözlənilir.

"Yerusəlim Post" qəzetində yayımlanan xəbərə görə, 10 səhifədən ibarət olan sənəddə hər iki tərəfin əsas tələbləri əks olunub. Kerrinin məqsədi tərəflərin sülh müzakirələrinə davam etməsidir. Hazırladığı sənəddə xüsusilə "iki dövləti həll" təklifi üzərində dayanıldığı iddia edilir. İsraillə Fələstinin razılaşa bilmədiyi ən əhəmiyyətli əsas maddələr tərəflər arasındakı sərhədlər, Fələstinin bir dövlət olaraq İsrail tərəfindən tanınmaması və İsrailin yəhudi məskunlaşma yerlərlərinin inşasına davam etməsidir. Qüdsün statusu da tərəflərin razılaşa bilmədyi mövzular arasında əsas məqamlardandır.

Con Kerri tərəflər arasında üç ildir təxirə salınan sülh müzakirələrin iyul ayının sonunda yenidən başlatmış və razılaşmanın bu il aprel ayının sonuna qədər tamamlanması üçün doqquz aylıq bir təqvim təyin olunmasını təmin etmişdi. Ancaq hazırda tərəflər arasındakı 20 görüşdən hər hansı nəticə alınmayıb. Hər iki tərəfin sülh razılaşmasının maddələri ilə razılaşmadığı bildirilir. Buna görə də Kerrinin təxminən yarım əsrdir davam edən anlaşılmazlığı bitirmək üçün yanvar ayının sonuna qədər tərəflərin əsas maddələrdə razılaşmaya gəlməsinə səy göstərdiyi iddiaya edilir.

Tarix
2014.01.02 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla