Yuxarı

“Google” haqqında maraqlı faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Google" 2010-cu ildən bəri hər həftə bir şirkət satın alır.

İlk dəfə "doodle" 1998-ci ildə istifadə edilib. "Google"un yaradıcıları Lerri Peyc və Sergey Brin ofisdə olmadıqlarını istifadəçilərə bildirmək üçün bu yolu seçmişdilər. Və həmin ildən bəri "Google" xüsusi günləri özünəməxsus "doodle"larla qeyd edir.

***

Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi var idi.

***

2004-cü ildə "Google" səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub.

***

"Google"un email xidməti olan "Gmail" bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var.

***

Şirkət daxilində yeni işçiyə "Noogler", təcrübəli işçiyə "Xoogler" deyilir.

***

Təəccüblü olsa da, "Google"un qurucuları Lerri Peyc və Sergey Brin şirkətin böyük bir hissəsinə sahib deyil. Onlar yalnız 16 faiz pay sahibidirlər. Ancaq bu 16 faizin ümumi dəyəri 46 milyard dollardır.

***

"Google"un Tvitterdəki rəsmi hesabından ilk tvit 26 fevral 2009-cu ildə atılıb.

***

"Google" "Firefox" brauzerində əsas axtarış sistemi olmaq üçün hər il 300 milyon dollar ödəyir.

***

"Google" hesablama da apara bilir. Bunun üçün toplamaq, çıxmaq, vurmaq, bölmək istədiyiniz ədədləri yazıb axtarış düyməsinə basın.

Tarix
2014.01.07 / 08:30
Müəllif
Emil Bağırov
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla