Yuxarı

Saakaşvilinin Gürcüstanda ödəyəcəyi cəriməsi qalıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidentinin administrasiyasının qazdan qanunsuz istifadəyə görə kəsilmiş cərimə bu ölkənin yeni rəhbərliyinin üzərinə qoyulacaq.

"Qruziya Online" elektron nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze çıxış edib.

"Mən bilmirəm, Saakaşvili onun administrasiyasında işləyənlərin qaz oğurlamasından xəbərdar idi, ya yox. Amma reallıq ondan ibarətdir ki, Saakaşvilinin administrasiyasında işləyən adamların hər gün nahar elədiyi restoran oğurluq qazdan istifadə edib. Bununla bağlı istintaq gedir. "Kaztransqaz" şirkətinin rəhbərliyinin də bu işdən xəbəri var. Həmin restoranın təxminən nə qədər qaz sərf etdiyi aydınlaşdırılacaq və bunun cəriməsi indiki hakimiyyətə kəsiləcək" - deyə keçmişdə məşhur və enerjili bir futbolçu olan indiki energetika naziri Kaxa Kaladze bildirib.

Əvvəllər də xəbər verildiyi kimi, Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan prezidentinin Avlabar iqamətgahında qazdan gizli, qanunsuz istifadə halları aşkarlanmışdı. "Kaztransqaz" şirkətinin nümayəndələri prezident iqamətgahına gedən qanunsuz qaz xətti aşkarlamışdılar. Bununla bağlı Prezidnet Administrasiyasını cərimələmək nəzərdə tutulub. ("Musavat.com")

Tarix
2014.01.29 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla