Yuxarı

Elza Seyidcahan "Bu şəhərdə"dən 100 min istəyir - Foto

Ana səhifə Qalmaqal
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan "Bu şəhərdə" kollektivini məhkəməyə verəcək.

Bu haqda Axşam.az-a müğənni özü açıqlama verib. Buna səbəb aktyorların onu yenidən parodiya etməsidir:

"Bir neçə dəfə xəbərdarlıq göndərdim ki, məni parodiya etməyin. Sözümə qulaq asmadılar. İndi şeirlərimi ələ salıblar. Onlarla məhkəmədə görüşəcəm. Hazırda başları konsertə qarışıb. Qanlarını qaraltmaq istəmirəm. Tamaşanı versinlər, pullarını qazansınlar, ərizəmi yazıb, məhkəməyə təqdim edəcəm. Onlara hörmətim var, amma buna son qoymalıyam. Azərbaycanın ən varlı aktyorları Rəfael İsgəndərov və Coşqun Rəhimovdur. Buna görə də onlardan yüz min istəyəcəm. Neçə ildir konsert verir, bu qədər qazanırlar. Onların tamaşasında Heydər Əliyev Sarayında boş yer qalmır".

E.Seyidcahan onlardan alacağı pulu hara xərcləyəcəyini də açıqlayıb:

"Yeni bir layihəm var, pulu ona sərf edəcəm. Həmin layihədə Coşqunla Rəfaelin özü də olacaq. Bir tamaşa quracam, deyəcəm gəlin mənimlə eyni səhnəni paylaşın. Orada onlar özlərini yamsılayacaqlar. Məhkəmə ərizəmdə bunu da istəyəcəm".

Qeyd edək ki, "Bu şəhərdə"nin "Göz-Əl" tamaşası martın 5-6-7-8-9-da Heydər Əliyev Sarayında baş tutacaq.

Tarix
2015.03.03 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla