Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2017


Revmatizm, mədə ağrıları və cinsi zəifliyin dərmanı - Mərzə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim yunanlarda bu ətirli ot güclü afrodiziak (cinsi gücü artıran ot) sayılırdı. Həmçinin qədim təbiblər bu otun köməyi ilə əsəb sistemi pozulmaları, həzm problemləri, müxtəlif ağrıları, damaq problemlərini (o cümlədən, sinqanı) müalicə edirdilər.

Sağlamolun.az xəbər verir ki, ərəblər bu otun müalicəvi gücünə o dərəcədə inanırdı ki, hətta ona "marijamie" - "tayı-bərabəri olmayan" adını veriblər.

Orta əsrlərdə Avropada bu ot ədviyyat kimi yüksək giymətləndirir və müxtəlif xörəklərə və içkilərə əlavə olunurdu.

Mərzənin çox zəngin kimyəvi tərkibi var - vitaminlər (B qrupu, askorbin turşusu, A, E, K), orqanik turşular, efir yağları, büzücü maddələr, minerallar və s.

Xalq təbabətində mərzə çox yaxşı sakitləşdirici sayılır. Mərzədən hazırlanan müalicəvi çay sinir pozulmaları, əsəbəlik, stress, yuxusuzluq zamanı yaxşı kömək edir.

Efir yağları ilə zəngin mərzənin güclü iltiihabəleyhinə təsiri var. Mərzə dəmləməsi angina, ağız boşluğu, nəfəs yolları iltihabları zamanı faydalıdır.

Mərzə orqanizmi tonuslaşdırır, insanı daha fəal gümrah edir. Qədim Misirdə mərzəni döyüşə gedən legionerlərə verirdilər ki, bu ot onları daha cəsarətli, güclü və ürəkli etsin.

Mərzə mədə-bağırsaq sisteminə antiseptik təsir edir (mikrobları öldürür), həzm proseslərini yaxşılaşdırır, köpü, ağrıları və spazmları azaldır.

Mərzə revmatizm zamanı yaxşı müalcəvi vasitə kimi tanınır.

Mərzə qadınlar üçün olduqca faydalıdır - menstrual ağrıları azaldır, menstrual dövrünün tənzimlənməsinə kömək edir.

Güclü iltihabəleyhinə təsirə malik olan mərzə soyuqdəymə və qripp zaman da istifadə olunur.

Qədim zamanlardan mərzənin köməyi ilə cinsi zəifliyi və impotensiyanı müalicə edirdilər.

Nəzərə almaq lazımdır ki, istənilən digər ot və ədviyyatlar kimi mərzədən də sui-istifadə etmək olmaz ki, bu orqanizmə ziyan vura bilər.

Tarix
2017.04.16 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qarğıdalı saçaqlarının müalicəvi faydası

Diqqət: yeni evlənənlər, bu təhlükədən xilas olun

Mobil telefonlar qadınlara xüsusilə ziyanlıdır

İsa Ağayev sizdən kömək gözləyir – Foto

Onurğa sütunu bioloji təbabətlə necə müalicə olunur? - Video

Şaftalının inanılmaz 7 faydası

Baş beyinin effektli müayinə üsulu - Video

Bu məhsullar prostat vəzi xərçəngindən qoruyur

Dəriniz QNET-in məhsulu ilə daha da möhtəşəm olacaq

Əllərinizi yuyun ki, beyininiz təmizlənsin

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla