Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Noyabr 2018


Jurnalistlərin son ümidi Zakir Qaralovdur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telejurnalist Afət Telmanqızının ailəsində baş vermiş faciənin araşdırılmasını baş prokuror Zakir Qaralov xüsusi nəzarətə götürüb. Həkim məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişən 26 yaşlı Pərvinə Qasımovanın ölüm faktını hazırda Yasamal Rayon Prokurorluğunda müstəntiq İsmayıl Abıyev təhqiq edir.

"Modern.az"a açıqlama verən Afət Telmanqızı əlavə edib ki, artıq prokurorluqda qardaşı, yəni P.Qasımovanın əri Anar Cəfərovdan izahat alınıb.

Telejurnalist baş verən ölüm faktına görə Sumqayıtda 2 saylı Doğum Evinin baş həkimi, əməliyyatı aparmış həkim Sevda Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müstəntiq həmin şəxslərin ad və soyadlarını qeyd edib və izahatlarının alınacağını bildirib.

"Həkimlər könüllü şəkildə prokurorluğa gəlməkdən imtina etsələr, polis vasitəsilə izahat verməyə gətiriləcəklər. Respublika Klinik Xəstəxanasının həkimlərini heç bir günahı yoxdur. Gəlinimizin ölümü ilə bağlı bütün məsuliyyəti yalnız 2 saylı Doğum Evinin həkimləri daşıyır".

Bununla belə, Klinik Xəstəxananın reanimotoloqu Vidadi Həsənov xəstənin son anlarında yanında olduğu üçün prokurorluqda izahat verməyə çağırılacağını deyib.

"Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işindən isə heç bir yenilik yoxdur. Tibbi komissiyanın reyini gözləyirik".

Digər jurnalist – Anar Niftəliyev isə həyat yoldaşı Elnarə Tofiqqızının ölümünün araşdırılması yönündə heç bir iş aparılmadığını deyib. "İstintaq hərəkətləri aparılmır, həkimlərdən cəmi bir dəfə izahat alıblar. Əvəzində isə həkimlərdən yalnız biri – anestezioloq özünə vəkil tutub. Digər iki həkim artıq istintaqla "razılaşdığını" və məsuliyyətdən yaxa qurtardıqlarını vəkilə bildiriblər.

Bu barədə müstəntiqə məlumat vermişəm. Təəssüf ki, istintaq qrupu zərərçəkən kimi iddialarım üzrə araşdırmalar aparmır. Bu barədə Baş Prokurorluğa müraciətim artıq hazırdır. İstintaq qrupunun rəhbəri Ələkbər Rzayev iki gün olar ki məzuniyyətdən qayıdıb. Onun istintaqın gedişi ilə bağlı atacağı addımları gözləyirəm. Yenə eyni hərəkətsizlik davam edərsə, həkimlərin müstəntiqlərlə "anlaşması" barədə ehtimalım doğrulacaq və mən Zakir Qaralovdan işin Nəsimi Prokurorluğundan alınıb, Bakı şəhər prokurorluğuna verilməsini xahiş edəcəyəm".

Tarix
2013.11.19 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Üzünüzü hər gün nar suyu ilə silin - Bilinməyən faydalar

“Elmed”də çek-ap günləri: Bütün müayinə sərfəli qiymətə

Nazirlik: Buna qarşı pulsuz müalicə hələ lazım deyil

Zob xəstəliyinin 7 qeyri-adi əlaməti

Bir həftədə 5 kq arıqlamaq mümkündürmü? - Ekspert rəyi

Çörək insanda bu dəhşətli xəstəliyi yaradır - Sensasiya

Siqareti atandan sonra ürək neçə ilə bərpa olunur?

Gürcüstandan gətirilən kartofda xəstəlik tapıldı – Rəsmi

Alimlərdən xəbərdarlıq: Tez-tez süd içən kişilər...

Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla