Yuxarı

Kompüter oyunları sizi şikəst edə bilər – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində yaşayan 15 yaşlı yeniyetmə kompüter oyunlarının qurbanına çevrilib. O, bilgisayar qarşısında uzun müddət oyun oynadığı və hərəkətsiz qaldığı üçün ayaqlarında ağrılar və şişkinlik yaranıb. Həddən artıq kompüter oyunları aludəliyi olan gənc indi də gəzə bilmədiyi üçün yataq xəstəsinə çevrilib. Həkimlər onun uzun müddət müalicə almalı olduğunu bildiriblər.

Bu hadisə bizi kompüter qarşısında işləyən və ya həddən artıq vaxt keçirən şəxslərin, xüsusilə də yeniyetmələrin səhhətində baş verə biləcək bir sıra problemləri araşdırmağa vadar etdi.

Məsələ ilə bağlı Axar.az-a danışan Bioloji Təbabət Klinikasının terapevt-osteopat həkimi Ülviyyə Süleymanova bildirdi ki, uzun müddət hərəkətsiz formada kompüter və telefon qarşısında vaxt keçirmək insan sağlamlığı üçün olduqca təhlükəlidir - xüsusilə də yeniyetmələr üçün:

“Bizə müraciət edən xəstələr ən çox onurğa sütunu ağrılarından şikayət edir. Orta məktəb şagirdlərində daha çox müşahidə olunan problem qamət pozğunluğu-skaleoz və kifozdur.

Ayaqlarda da onurğa problemlərindən qaynaqlanan ağrılar baş verə bilər. Kompüter qarşısında çox vaxt keçirmək fəqərələrdə yırtıqlar yaradır. Fəqərələr də sinirləri sıxdıqda həm qollarda, həm də ayaqlarda ağrılar yarada bilir. Bundan başqa hərəkətsiz qalmaq ayaqlarda şişkinliyə, damar tıxanmasına gətirib çıxarır”.

Terapevtin sözlərinə görə, davamlı olaraq başıaşağı vəziyyətdə telefonla oynamaq boyunda ağrılara səbəb olur:

“Son zamanlar erkən yaşlarda boyun və onurğa ağrılarından şikayət edən xəstələrin sayında artım müşahidə olunur. Adətən yuxarı sinif şagirdləri fəqərə yırtıqları şikayəti ilə bizə müraciət edir.

Bundan əlavə telefon və kompüter kimi cihazlardakı şüalanma da gözdə problemlər yaradır. Bunun nəticəsində gözdə zəif görmə, qaşınma, bulanma, allergiya kimi xəstəliklər əmələ gəlir. Daha çox uşaqlarda tez yorulma, baş ağrıları, yaddaş zəifliyi müşahidə olunur”.

Tarix
2017.09.08 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla