Yuxarı

Genetik xəstəliklər düşünüldüyü qədər nadir deyil

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda genetik analizlər müxtəlif xəstəliklərin diaqnostika və müalicəsində mühüm rol oynayır. Müasir genetik analiz pasiyentlərdə müxtəlif patologiyaların aşkarlanmasına imkan verir. Həmçinin, bu müayinənin köməyilə bu və ya digər xəstəliyə meyilliyi aşkarlamaq olar. Ege universitetinin professoru, genetik-alim, Afgen diaqnostik mərkəzinin rəhbəri Dr. Afiq Bərdəli tərəfindən 6-11 Noyabr tarixlərində Bioloji Təbabət klinikasında xəstə qəbulu keçiriləcək.

Müxtəlif genetik xəstəliklərlə bağlı müraciət etmək istəyənlər üçün öncədən qeydiyyata düşmək mütləq vacibdir.

Professor Afiq Bərdəli: Genetik xəstəliklər düşünüldüyü qədər nadir deyil

Bütün hamiləliklərin 2-3%-i ciddi irsi xəstəliklər, yaxud anadangəlmə anomaliyalı uşaq doğumu ilə sonlanır. Bu xəstəliklər və anomaliyalar əlillik, əqli gerilik, yaxud erkən ölümün səbəbləridir.

Hər 1000 yenidoğulmuşun 50-70-ində 25 yaşında mühüm genetik komponenti olan xəstəlik var.

Pediatrik klinikalarının 25%-dən çox pasiyentlərində irsi patologiya aşkar olunur.

Təhsilə yararsız uşaqların 50%-dən çoxunda genetik pozulmalar var.

“Qeyri-genetik” termininin istifadəsi tamamilə əsaslandırılmayıb. Çünki elə bir xəstəlik yoxdur ki, onun genetik amildən asılılığı olmasın.

Hər bir fərd və bütövlükdə bəşəriyyət özündə genetiklik daşıyır və təbii seşmə nəticəsində daimdəyişir. Hazırda ətraf mühit şərtləri dəyişdiyindən populyasiyanın genetik strukturunun kəskin dəyişməsi baş verir və nəticədə genetik yük artır. Genetik dəyişikliklərin vaxtında aşkarlanması və diaqnostikası əhalinin reproduktiv sağlamlığını yaxşılaşdırır, irsi patologiyanın profilaktika və müalicəsinə yardım edir.

Afiq Bərdəli Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub. Eyni zamanda Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, Türkiyə Egey Universiteti tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir. Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir.

Türkiyə Səhiyyə Nazirliyi tərəfindən verilən "Genetik xəstəliklər mütəxəssisi", "Uşaq xəstəlikləri mütəxəssisi", "Revmatoloji xəstəliklər mütəxəssisi" kimi 3 diplomun, İtaliyanın Milan Universiteti tərəfindən verilən molekulyar genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi elmi adının sahibidir. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir.

Bütövlükdə dünya tibb elmində 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikasının hərtərəfli və elmi cəhətdən əsaslandırılmış tədqiqatları Afiq Bərdəlinin elmi fəaliyyəti ilə bağlıdır.

Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətli 129 məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görulüb.

Öz vətənində, Bakı şəhərində, onun yaratdığı Afgen Genetik Mərkəzi insanların xromosom və genetik xəstəliklərinin diaqnozunun qoyulmasında bu günə qədər çox böyük işlər görüb. Mərkəzdə iki bölmə fəaliyyət göstərir: birinci - molekulyar-genetik analizlər və ikinci-sitogenetik analizlər bölməsi. Molekulyar genetika bölümündə tək gen xəstəliklərinə aid mutasiya və ya mikrodelesiya aşkarlanmasında bir çox fərqli molekulyar üsullar istifadə olunur. Sitogenetik bölümdə isə xromosom analizi konversional və başqa üsullarla aparılır. Genetik Diaqnoz Mərkəzi ölkəmizdə bu iki bölməni əhatə edən yeganə mərkəzdir.

Tarix
2017.11.02 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla